İyirmi bir il öncə "zühur edən" İmam Mehdi indi həbsdən qeyb olmağın yollarını axtaracaq

55
Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməklə onların külli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.

BAKI, 24 avqust — Sputnik. Bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər.

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.

Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Eləcə də oxuyun:

55
Teqlər:
fırıldaq, dələduz, həbs, polis

Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı

36
(Yenilənib 17:34 16.09.2021)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə 3 milyon yaşı olan əmək alətlərinin müasir versiyasını hazırlayır. Ətraflı videomuzda.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə müsahibəsində bildirib ki, 2018-ci ildən Akademiyada fəaliyyətə başladıqdan sonra Azərbaycan arxeologiyasının indiyədək araşdırılmamış sahələrindən biri olan eksperimental arxeologiya və qədim daş dövrü texnitipologiyası üzərində tədqiqatlara başlayıblar.

Keçmişə nəzər salsaq, daş alətlərin hazırlanma xronologiyasına baxsaq, təxminən 3 milyon il əvvəl, hominini qrupları, avstralopitek cinsindən olan insanabənzər canlılar çay daşlarından və digər xammaldan alət düzəltməyə başlayıblar. Daha sonra bazalt, çaxmaq daşı və obsidiandan, eləcə də digər kvars növlərdən istifadə edərək gördüyünüz alətlərin tiplərini yaradıblar. Hər bir dövrün öz texnologiyası və tipologiyası var. Biz həmin tipologiyaya baxaraq hansı texnologiya və metodlardan istifadə edildiyini öyrənirik, xarici eksperimental arxeoloqlardan məsləhətlər və dəstək alaraq bu işi həyata keçiririk.

Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.

 

 

36

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

1291
(Yenilənib 17:37 16.09.2021)
Özbəkistanda pomidordan COVID-19 peyvəndi yaradılması istiqamətində işlər aparılır. Peyvəndin təsir müddəti, koronavirus mutasiyaya uğramadığı təqdirdə, təxminən bir il yarım olacaq. Ətraflı videomuzda.

Peyvəndin hazırlanması üçün məhz bu bitkinin seçilməsi həmçinin iqtisadi səmərəliliklə əlaqədardır. Belə bir peyvənd üçün xüsusi saxlama və daşınma şəraiti, həmçinin xüsusi avadanlıq və çox sayda işçi tələb olunmur. Çünki pomidor plantasiyada yetişdirilə bilər.

Alimlər güman edirlər ki, vaksin qida şəklində qəbul olunduğu təqdirdə onun potensial olaraq daha az miqdarda yan təsirləri ola bilər.

 

1291
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

0
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

0
Teqlər:
musiqi, Musiqi günü, video