"Volqa Fiesta" - Rusiyadakı ən böyük hava şarı festivalının görüntüləri

25
(Yenilənib 13:45 20.08.2021)
Bu il Rusiyada, Nijni Novqorodda ölkənin 15 bölgəsindən 25 hava şarı şəhərin səmasını bəzəyib. Ətraflı - videomuzda.

Videoda hava şarlarının Nijni Novqorod Kremli yaxınlığındakı Nijnevoljskaya sahilinin, Volqa çayının üzərindən uçduğunu görə bilərik.

İnsanlar bu gözəl mənzərəni səhər tezdən və axşam gün batmadan əvvəl görə biliblər. Tədbirə yüzə yaxın adam qatılıb.

Tədbirin təşkilatçılarının dediyinə görə, hava şəraiti ilə bağlı dəqiq məlumatlar tələb olunduğundan uçuşların başlamasına bir neçə saat qalmış yer və vaxt müəyyən olunub. Hava şarının hərəkət istiqaməti əsasən küləyin istiqaməti ilə müəyyən edilib.

Xatırladaq ki, "Privoljskaya Fiesta" hava şarı festivalı avqustun 15-də başlayıb və Nijni Novqorodun 800 illiyinə təsadüf edir.

 

25

"Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

1482
(Yenilənib 10:21 21.09.2021)
General-leytenant Hikmət Mirzəyev təlimdə iştirakçıların yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdiklərini bildirib.

Bazar ertəsi, sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.

İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və  şəxsi heyətə müraciət edərək bildirib: “Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.

Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, “Üç qardaş-2021” təlimi uğurla tamamlanmışdır. O bildirib: "Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir".

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib: “Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

“Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan "Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.

Eləcə də oxuyun:

1482
Teqlər:
hərbi təlimlər, Türkiyə, Pakistan, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi

Bu gil mədənlərində lentə alınmış kadrlar "Qırmızı planet"i xatırladır

25
(Yenilənib 16:48 20.09.2021)
Uralın Troitsko-Baynovsk gil mədənlərində qeyri-adi mənzərə lentə alınıb. Kadrlar eynilə fantastik filmlərdəki Mars səhralıqlarını yada salır.Ətraflı videomuzda.

Dronla çəkilən kadrlarda Poldnevsk təpəcikləri, eləcə də qəhvəyi-qırmızı rəngli göl öz əksini tapıb. Hazırda bu turistik zona daha çox "Ural Marsı" adı ilə tanınır.

Turistlər həmin yerə bu adı rənglərin qeyri-adi palitrasına görə veriblər: ərazidə əsasən qara və qum rəngləri hakim olsa da, gölün suyu narıncı-qırmızıya çalır. Mətbuatın yazdığına görə "Mars mənzərələri" Boqdanoviç şəhəri yaxınlığındakı 70 kvadratmetr ərazini əhatə edir.

Ərazidə nəzərə çarpan qeyri-adi rəng palitrasına səbəb burada çıxarılan gildir. Hələ XIX əsrdən başlayaraq bu ərazidə gil mədənləri fəaliyyət göstərib. Hazırda bu mədənlər Rusiyada sözügedən tikinti materialının ən böyük mənbəyi hesab olunur.

25
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

0
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0