Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı məlumdur?

76
(Yenilənib 17:44 18.08.2021)
Əfqanıstan yeni reallığa uyğunlaşmağa, ölkə paytaxtı isə həyatın əvvəlki axarına düşməyə çalışır. Bu ərəfədə taliblər ölkədə hakimiyyəti ələ alandan sonra ilk dəfə mətbuat konfransı keçiriblər.

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban* hərəkatı Kabildə ibadət mərasimi ilə başlayan ilk mətbuat konfransını keçirib. Jurnalistlər qarşısında çıxış edən hərəkatın mətbuat katibi Zabihulla Mücahid Qurandan müəyyən surələr oxuyandan sonra ölkədə Amerika işğalının başa çatması münasibətilə bütün əfqanları təbrik edib.

Taliblər bəyan ediblər ki, dünyada heç bir ölkəyə qarşı düşmənçilik münasibəti göstərmək istəmirlər. Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lər tam təhlükəsizlik altındadır.

Taliban*, həmçinin bəyan edib ki, ölkə ərazisindən digər dövlətlərə hücum bazası kimi istifadə olunmasına yol verməyəcək.

Mücahid bildirib ki, ölkədə qadınların hüquqları müdafiə olunacaq, onlara şəriət çərçivəsində aktiv həyat tərzi keçirmək imkanı yaradılacaq. O, həmçinin bildirib ki, qadınlardan üzü açıq saxlayan hicab geyinmələri tələb olunacaq. Mücahidin sözlərinə görə, Əfqanıstanda minlərlə məktəb öz işini davam etdirir, ölkədə həyat öz axarına düşməyə başlayıb.

Mücahid bəyan edib ki, Talibanın* formalaşdırdığı Əfqanıstan hökuməti ölkənin əvvəlki iqtidarından daha yaxşı işləməyə qadirdir.“Bu, güclü İslam dövləti olacaq, sizi buna əmin edə bilərəm. Bu dövlət bizim dəyərlərimizi müdafiə edərək xalqımıza xidmət edəcək”, – deyə Mücahid vəd verib.
Bu arada, taliblər Kabildə buraxılış-nəzarət məntəqələri şəbəkəsi yaradıblar. Ölkə sakinləri və əcnəbilər isə əvvəlki kimi aeroporta can atırlar. Taliblər ölkədən getmək istəyənlərə hücum etməyəcəklərini bildiriblər.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması

 

76

Azərbaycanda Anım Günü: Vətən müharibəsinin başlamasından bir il ötür

195
(Yenilənib 14:57 27.09.2021)
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ildönümünü qeyd edir, Vətən müharibəsində qəhrəmancasına vuruşan və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü uzun müddət dünyada müzakirə olunacaq, təhlil ediləcək və öyrəniləcək.

Döyüşlərin ilk günündə Azərbaycan Ordusu Ağdərə və Murovdağ istiqamətindəki strateji əhəmiyyətli yüksəklikləri, Füzuli və Cəbrayıl bölgələrində bir neçə kəndi azad etdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, 27 sentyabr - Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin Anım Günü ilə əlaqədar olaraq ölkə sakinləri II Fəxri Xiyabanda şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

Tədbirdə rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər iştirak edirlər. İştirakçılar şəhidlərin xatirəsini ehtiramla yad edir, ruhlarının rahatlıq tapması üçün dualar edirlər.

Həmçinin Lənkəranda Böyük Bazar Cümə məscidində anım mərasimi keçirilib. Tədbirdə şəhid valideynləri, inanclı insanlar və ruhanilər iştirak ediblər. Qurani-Kərimdən surə və ayələr oxunub. Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda düşmənlə vuruşan qazilərin sağlıqlarına qovuşmaları üçün Allaha dualar edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Qəni Axundzadə xalqımıza başsağlığı verib. O, zəfərin əldə olunmasında dövlət-xalq birliyinin simvoluna çevrilən "Dəmir yumruğ"un əsas rol oynadığını qeyd edib. 

Daha sonra Lənkəran Şəhidlər xiyabanı abidə kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti və şəhid ailələri iştirak ediblər. Qeyd edək ki, Lənkəran Şəhidlər xiyabanı yenidən qurulub, Lənkəran rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən lənkəranlı şəhidlərimizin xatirə lövhələri vurulub.

 

195

Düz bir il sonra: azərbaycanlılar Vətən müharibəsindən gözləyirdilər

773
Qırx dörd gün davam edən Vətən müharibəsinin başlamasından bir il keçib. Azərbaycanlıların hərbi əməliyyatların başladığını eşidəndə nədən narahat olduqlarını və nəyə inandıqlarını video-sorğumuzda izləyə bilərsiniz.

Düz bir il əvvəl, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində irimiqyaslı hərbi təxribatlar törədib. Azərbaycan Ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlaması barədə qərar verib. Qırx dörd günlük müharibənin nəticələrinə görə, Azərbaycan otuz il ərzində erməni işğalı altında olan ərazilərini azad edib.

O dövrdə cəmiyyətdə müşahidə olunan vətənpərvərlik səviyyəsi heyrətamiz idi. Ölkə daxilində cəbhəyə getmək istəyənlərdən ibarət böyük könüllü axını var idi. Cəbhə xəttindən yaşayış məntəqələrinin azad olunması barədə gələn məlumatlar isə əsl bayrama çevrilirdi.

Bu gün, bir il sonra, Sputnik Azərbaycan-ın çəkiliş qrupu həmin gün vətəndaşların nə hiss etdiklərini öyrənmək qərarına gəlib. Daha ətraflı videoda izləyə bilərsiniz.

773
Mövzu:
Anım Günü
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban hakimiyyətini tanımağa çağırıb?

0
(Yenilənib 20:07 27.09.2021)
Daha əvvəl eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

0