Qəbələdə güclü yanğın başlayıb - əməliyyatdan kadrlar

41
(Yenilənib 18:08 15.08.2021)
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

BAKI, 15 avqust — Sputnik. Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi əməliyyatını icra edir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edirlər.

Relyefin mürəkkəbliyi və mütəmadi güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Eləcə də oxuyun:

41
Teqlər:
yanğın, Qəbələ, FHN, helikopter, video

Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı

36
(Yenilənib 17:34 16.09.2021)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə 3 milyon yaşı olan əmək alətlərinin müasir versiyasını hazırlayır. Ətraflı videomuzda.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə müsahibəsində bildirib ki, 2018-ci ildən Akademiyada fəaliyyətə başladıqdan sonra Azərbaycan arxeologiyasının indiyədək araşdırılmamış sahələrindən biri olan eksperimental arxeologiya və qədim daş dövrü texnitipologiyası üzərində tədqiqatlara başlayıblar.

Keçmişə nəzər salsaq, daş alətlərin hazırlanma xronologiyasına baxsaq, təxminən 3 milyon il əvvəl, hominini qrupları, avstralopitek cinsindən olan insanabənzər canlılar çay daşlarından və digər xammaldan alət düzəltməyə başlayıblar. Daha sonra bazalt, çaxmaq daşı və obsidiandan, eləcə də digər kvars növlərdən istifadə edərək gördüyünüz alətlərin tiplərini yaradıblar. Hər bir dövrün öz texnologiyası və tipologiyası var. Biz həmin tipologiyaya baxaraq hansı texnologiya və metodlardan istifadə edildiyini öyrənirik, xarici eksperimental arxeoloqlardan məsləhətlər və dəstək alaraq bu işi həyata keçiririk.

Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.

 

 

36

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

1291
(Yenilənib 17:37 16.09.2021)
Özbəkistanda pomidordan COVID-19 peyvəndi yaradılması istiqamətində işlər aparılır. Peyvəndin təsir müddəti, koronavirus mutasiyaya uğramadığı təqdirdə, təxminən bir il yarım olacaq. Ətraflı videomuzda.

Peyvəndin hazırlanması üçün məhz bu bitkinin seçilməsi həmçinin iqtisadi səmərəliliklə əlaqədardır. Belə bir peyvənd üçün xüsusi saxlama və daşınma şəraiti, həmçinin xüsusi avadanlıq və çox sayda işçi tələb olunmur. Çünki pomidor plantasiyada yetişdirilə bilər.

Alimlər güman edirlər ki, vaksin qida şəklində qəbul olunduğu təqdirdə onun potensial olaraq daha az miqdarda yan təsirləri ola bilər.

 

1291
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

0
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

0
Teqlər:
musiqi, Musiqi günü, video