Sankt-Peterburq teatrının quyruqlu müfəttişi

19
Quyruqlu müfəttiş. Sankt-Peterburq teatrında yaşayan pişik həm də oranın "işçisidir".Ətraflı videomuzda.

Sankt-Peterburqun Arkadi Raykin adına Estrada Teatrında qeyri-adi bir işçi var. Yakov Fişerman adlı bu işçi... əslində pişikdir.

Teatrın reklam meneceri Yelena Maxinanın sözlərinə görə, Yakov Fişerman pişiyin pasportunda qeyd olunan adıdır. Yakov Moiseyeviç mədəniyyət ocağında bu ilin aprelindən yaşayır.

"Onu bizə Boris Mixayloviç Piotrovski (Sankt-Peterburqun vitse-qubernatoru – red.) bağışlayıb. Biz Yakov Moiseyeviçlə tanış olmaq üçün "Pişiklər respublikası" kafesinə getdik, ancaq pişiyi teatrımıza bütün sənədləri imzaladıqdan, bütün şərtləri yerinə yetirdikdən sonra göndərdilər", - Yelena Maxina deyib.

Pişik təkcə mədəniyyət ocağının səhnəsində gəzişməklə gününü keçirmir, o həm də "repertuarın məşqində iştirak edir və teatrda vəziyyətə baxır".

Yakov Moiseyeviçin hətta titulu da var. Bu ilin baharında o, "Paytaxtın mədəni pişikləri" layihəsində iştirak edib. Ən mədəni dördayaqlı əməkdaşların yarışında Yakov Moiseyeviç qalib gəlib.

"Onlar (tamaşaçılar – red.) aktiv şəkildə səs verirdilər, Yakov Moiseyeviç buna görə onlara çox minnətdardır. Teatr pişikləri arasında birinci yer bizimdir", - Yelena Maxina deyib.

19

"Üç qardaş - 2021" beynəlxalq təlimi davam edir

18
(Yenilənib 17:25 15.09.2021)
Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021" beynəlxalq təlimi davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlimin videogörüntülərinə Sputnik Azərbaycan-da baxın. 

18

Türk əsgərinin addım səsləri: Bakı azadlığını belə qeyd edir

32
(Yenilənib 15:20 15.09.2021)
Bakının azad edilməsinin 103-cü ildönümü münasibətilə yürüş baş tutub. Yürüş "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və pozulmazdır" şüarı altında keçirilib.

Sentyabrın 15-də səhər saatlarında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində hərbçilər hərbi orkestrlərin müşayiəti ilə yürüş ediblər.

Əsgərlər çiyinlərində Azərbaycan və Türkiyə dövlət bayraqlarını daşıyırdılar.

Təntənəli yürüşün marşrutu Şəhidlər xiyabanından başlayaraq türk şəhidlərinin şərəfinə ucaldılmış abidə, "İçərişəhər" metro stansiyası, İqtisadi Universitetin binası, Qoşa qala qapısı, "Azneft" dairəsi, Bəhram Gurun abidəsinə qədər gedib.

Bakının azad olunmasının ildönümünün qeyd edilməsi çərçivəsində həmçinin Səməd Vurğun bağından 28 May küçəsi, Bülbül və Neftçilər prospekti ilə Azadlıq meydanına qədər yürüş keçirilib.

 

32
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

0
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

0