Xəzər dənizi haqqında ən maraqlı faktlar

42
Milyon il əvvəl  Tetis okeanı olan dünyanın ən böyük gölü unikaldır və sirlərlə doludur. Ətraflı videomuzda.

Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə Xəzər dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o, okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqləndirən cəhət dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.

Xəzərin sahəsi 376 000 km²-dir. Ancaq dövri olaraq dənizin sahəsi dəyişir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km, ən dərin yeri 1 025 m-dir.

Xəzərin balıq resursları Lena çayı ilə müqayisədə azdır. Dünyanın ən böyük beluqa balığı 11 may 1921-ci ildə Xəzərin Rusiya hissəsində tutulub. Onun çəkisi 1224 kq imiş və bu günədək həmin rekord yenilənməyib. Bu balıqdan 146 kq kürü götürülüb.

Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov bildirib ki, Xəzərdə suyun səviyyəsi Volqa çayından daxil olan suyun həcmindən asılıdır: “Xəzərə daxil olan suyun həcminin 80 faizi Volqa çayının payına düşür. Bu baxımdan, səviyyə düşürsə, bu, daxil olan suyun həcminin azaldığını göstərir. Digər tərəfdən, istiləşmə prosesi də səviyyənin dəyişməsinə təsir edən amillərdəndir. Bu dəyişmə prosesi mütəmadi baş verdiyinə görə sakit qarşılamaq lazımdır, narahatlığa əsas yoxdur”.

 

42

"TurAz Şahini - 2021" təlimləri başa çatdı

13
(Yenilənib 17:08 16.09.2021)
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

BAKI, 16 sentyabr — Sputnik. Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Şahini - 2021" birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd "MİQ-29" qırıcı və 2 ədəd "SU-25" hücum təyyarələri cəlb edilib.

Eləcə də oxuyun: 

13
Teqlər:
hərbi təlimlər, Konya, Türkiyə, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

12
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

12
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi