Əlahiddə Ümumqoşun Orduda döyüş ruhunu belə artırırlar

15
(Yenilənib 16:41 19.07.2021)
Əlahiddə Ümumqoşun Orduda əsgərlərlə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən bir qrup qazilərimizin görüşü təşkil edilib.

Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu dəfə əsgərlərlə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən bir qrup qazilərimizin görüşü təşkil edilib. Tədbirdə həmçinin Şərur rayonun mədəniyyət kolektivləri konsert proqramı ilə çıxış ediblər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbəycan Respublikasının Dövlət Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən igid Vətən oğulları ilə görüşün və konsert proqramının təşkil edilməsi əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlğının artırılmasında mühür rol oynadığını bildirib.

Fariz Sərxanov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu  döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizin hərtərəfli sosial təminatla əhatə olunduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında  şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”  yaradılıb. Bu da şəhid ailələrinə və qazilərimizə növbəti qayğının ifadəsidir.

Kəngərli rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri, ehtiyatda olan zabit Rəşid Nağıyev və Vətən Müharibəsində iştirak etmiş qazilərimiz Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyət barədə danışıb, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsində Şərur rayon Mədəniyyət şöbəsinin “Arpaçay” instrumental ansambılı konsert proqramı ilə çıxış edib.

“Şərur” Xalq Yallı ansambılının çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.

Əsgərlər də vətənpərvərlik ruhunda mahnılar səsləndirib qonaqlarla birlikdə rəqs ediblər.

Eləcə də oxuyun:

15
Teqlər:
görüş, qazi, əsgər, video, Naxçıvan, Əlahiddə Ümumqoşun Ordu

Xocalı ərazisində yeni hərbi hissənin açıldı

11
Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

11

Ford, Bentley “Volqa” moskvalı avtohəvəskarın kolleksiyasının “ulduz”ları

18
(Yenilənib 17:23 28.07.2021)
Avtomobil həvəskarı Georgi Oleynik retro avtomobillərin kolleksiyasını yığır. Öz kolleksiyası üçün nümunələri o, müxtəlif yerlərdən – avtomobil zibilxanasından, ya da vintaj maşınların hərracından əldə edir.Ətraflı videomuzda.

 Kolleksiyadakı sevimli və nəzərəçarpan modellərdən biri 1973-cü il istehsalı olan Corvette-dir. Maşının bərpasına yeddi il və on milyon rubl sərf olunub.

Oleynikin kolleksiyasında on maşın var: bunlardan QAZ-21 “Volqa”, sovet vaxtının “basar-keçər” hərbi QAZ-69 maşını, Ford və Bentley zavodlarının retro modelləri diqqət çəkir. 

Georgi avtomobillərlə uşaqlıqdan maraqlanır. Vaxt ötdükcə adi maraq ciddi məşğuliyyətə çevrilib: indi o, retro avtomobilləri gündəlik istifadə üçün bərpa edir.

18
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0