Möhtəşəm görüntü: Çində lotos çiçəkləri

33
İlin ən isti dövrlərində Çində gözəl lotos çiçəkləri sürətlə çiçəklənməyə başlayır. Ətraflı - videomuzda.

Ölkənin müxtəlif bölgələrindən gələn turistlər - Jenqjou (Zhengzhou) şəhər bölgəsindəki lotos gölünün unikal mənzərəsinə heyran qalırlar.

Taxta körpülər və 25 min kvadratmetr sahəsi olan gölməçə hər il minlərlə qonağı cəlb edir.

Hər çiçək üç gündən çox yaşamır və sonra bir toxum qutusuna çevrilir. Çində lotos çiçəyi yayın simvolu hesab edilir. Dünyada minə yaxın lotos növü var.

 

 

33

FHN-in qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını alıb

32
(Yenilənib 20:12 01.08.2021)
Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 7 nəfər dünyasını dəyişib. 

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.

Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

 

32

Axtarış-xilasetmə iti “TikTok”da ulduz oldu

14
(Yenilənib 10:47 30.07.2021)
“Tiktok” ulduzu olan “Yay” ləqəbli Krasnodar iti sosial şəbəkə istifadəçilərindən bir milyona yaxın bəyənmə toplayıb.Ətraflı videomuzda.

“Tiktok” ulduzu olan “Yay” ləqəbli Krasnodar iti sosial şəbəkə istifadəçilərindən bir milyona yaxın bəyənmə toplayıb. O, itirilmiş insanları axtarmaq qabiliyyəti ilə məşhurlaşıb. Daha ətraflı Sputnik-in videosunda izləyin.

“Yay” ləqəbli axtarış-xilasetmə itinin sosial şəbəkədəki hesabına artıq bir neçə insanın xilas olunması videosu daxil edilib.

Ölkə dördayaqlı qəhrəmanı “TikTok” sayəsində tanıyıb. Məşq və xilasetmə əməliyyatlarının videolarını sosial şəbəkəyə itin sahibi yerləşdirir. Ev heyvanının sosial şəbəkə hesabı sürətlə populyarlaşıb - bu gün sosial şəbəkənin 50 mindən çox istifadəçisi var.

14
Koronavirusa qarşı peyvənd vurulmasında dair sertifikat, arxiv şəkli

Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək

0
(Yenilənib 10:42 02.08.2021)
Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

 

BAKI, 2 avqust — Sputnik. "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə "Əks-göstəriş sertifikat"ının verilməsinə başlanılır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında belə deyilir.

Məlumatda qeyd olunur ki, "Əks-göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks-göstəriş sertifikat"ı veriləcək.

"Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır", - deəy məlumatda qeyd olunur.

Eləcə də oxuyun:

0
Teqlər:
vaksin, vaksinasiya, COVID-19 pasportu, sertifikat
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya