Çəlik, top qürur: Qazilərimiz futbol meydanında

73
(Yenilənib 15:56 09.07.2021)
Qarabağ qazilərindən ibarət ”Qarabağ Amputee" futbol klubunun məşq prosesini Sputnik Azərbaycan-ın videosunda izləyə bilərsiniz.

 

“Qarabağ Amputee” futbol klubunun üzvlərinin çoxu Birinci Qarabağ Müharibəsi qaziləridir. Klubun yaradıcısı, Qarabağ qazisi Ələkbərov Rasim Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ”Gürcüstana səfər zamanı "amputee" futbolu kəşf etdik, daha sonra bildik ki, bu, beynəlxalq futbol növüdür. Belə qərara gəldik ki, "amputee" futbol klubu yaradaq. Sözün açığı, buna heç inamımız yox idi. Sonra yavaş-yavaş uşaqlarda həvəs oyatdıq və sonda belə bir gözəl klub yaratdıq. Klubumuz sentyabr ayında keçiriləcək Avropa çempionatına hazırlaşır. Mən inanıram ki, biz öz sözümüzü deyə biləcəyik, çünki biz Qarabağ qaziləriyik. Klubun adından artıq bəllidir ki, biz uduzmağı sevmirik. Azərbaycanın bayrağını qaldırmağı qarşımıza məqsəd qoymuşuq”.

“Qarabağ Amputee” futbol klubun digər üzvü Kənan Pirizadədir. Digərlərindən fərqli olaraq, Kənan bir ayağını qəzada itirib: “Gündəlik həyatda əsalarla hərəkət etmək çətindir. Əsalarla futbol oynamaq isə təbii ki, daha çətin və davamlı məşqlərdən sonra mümkün olur. Yalnız bundan sonra gözəl nəticələr əldə edə bilirik”.

 

73

Füsunkar Pirqulu dağ-meşə massivi

252
Belə bir məkanın məhz vətənimiz Azərbaycanda olmasına görə fəxr etməmək qısa desək, sadəcə mümkün deyildir.

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Safari parkına getmək üçün Şamaxı-Dəmirçi-Lahıc yolu ilə bir xeyli məsafə qət etdikdən sonra ​​Pirqulu adlanan dağ-meşə massivinə çatırsan. Ümumi ərazisi​ 1200 hektar olan parkın​ 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun formada ​çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflonlar, yəni dağ qoyunları, alpaka və lamanın​ xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.

Safari parkı vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Hər il orada konfranslar keçirilir və yarışlar olur. 2019-cu ildə parkın marallarından biri 3-cü yer, 2020-ci ildə isə Xan ləqəbli maral 1-ci yeri tutub. Yarış üçün erkək fərdlər seçilir və buynuzun şaxələrinə görə, böyüklüyünə görə marala qiymət verilir.

 

252

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

22
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

22
Qərəvəli kənd sakini  27  yaşlı Teyyub Nağıyev

Buradan laqeyd keçməyin: Yol kənarında fındıq satan müharibə iştirakçısı var

7
(Yenilənib 09:21 27.07.2021)
Vətən müharibəsi başlayan günədək həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəman, döyüşlərin başladığı ilk günlərdən orduya qatılıb.

BAKI, 27 iyul — Sputnik. Bakıdan İsmayıllı, eləcə də digər şimal-qərb rayonlarına hərəkət edən yolçular yəqin ki, avtomobil yolunun kənarında duraraq əlində fındıq satan bu gənci görüblər. Onu görənlər və tanıyanlar üçün təkrarda fayda var deyək, tanımayanlar üçünsə tanıdaq.

Şamaxı rayonu, Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev. Vətən müharibəsi başlayan günə qədər həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəmanımız, döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qatılıb.

© Sputnik / Rashad Keremoglu
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Teyyub Nağıyevin Sputnik Azərbaycan-ın müxbiri Rəşad Kərəmoğluna bildirdiyinə görə, müharibənin ilk günlərində Goranboy rayonu, Ağcakənd istiqamətində N saylı hərbi hissəyə göndərilib. Orada 3 gün qaldıqdan sonra Talış kəndi istiqamətində gedən döyüşlərə yollanıb.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

"Talış istiqamətində döyüşlərdə iştirak etmişəm. Həmin kənd alınandan sonra, Suqovşan istiqamətində döyüşlərə qatılmışam. Daha sonra Murovdağ istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabrın 31-də müvafiq sərəncamla ehtiyata buraxılmışam", - deyə Nağıyev bildirib.

O, müharibədən qayıdandan sonra yenidən öz işinin başına dönüb. Yol kənarında mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Qəhrəmanımız döyüşlərdən qayıdandan bir neçə gün sonra iş üçün Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onu dərhal qeydiyyata alıblar. Ötən həftə isə ona 3 baş iribuynuzlu inək verilib. Günün bir neçə saatını yol kənarında məhsul satmaqla qazanc əldə edən Teyyub Nağıyevin ən böyük arzusu sevdiyi peşə ilə məşğul olmaq və evinin yarımçıq qalan tikintisini tamamlamaqdır.

© Sputnik / Rashad Keremoglu
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

"Yeganə çətinliyim odur ki, evdə işləyən təkcə mənəm. Anam 250 manat pensiya alır, atamın 67 yaşı var, işləyə bilmir. Gündə 15-20 manatlıq, şənbə və bazar günləri isə 20-30 manatlıq qoz-fındıq satıram. Rabitə və texnologiya sahəsini yaxşı bilirəm. Əsgərlikdə 1 il 6 ay rabitəçi olmuşam. Müharibə dövründə də 96 gün ərzində rabitəçi olmuşam. Bu işi yaxşı bildiyim üçün əgər rabitə sahəsindən təklif gəlsə, məmnuniyyətlə işləyərəm", - deyə keçmiş döyüşçü ona gələcək iş təkliflərini gözləyir.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Teyyubun gəlirlərinin az olması səbəbindən tikintisi yarımçıq qalan evinə gəlincə, ümid edirik ki, imkanlı şəxslər və müvafiq dövlət qurumları inşaat işlərinin başa çatdırılmasına yardım etməklə onun sevincinə səbəb olacaqlar.

Həmçinin oxuyun:

Zəfərimizin təməlini qoyan iki böyük qəhrəmanın şəhid olduğu gündür

Sahibini gözləyən bağlamalar. Bir qəhrəmanın özü, digərinin anası gəldi...

Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

7