Güclü yağış Zaqatalada fəsadlar törədib

49
(Yenilənib 12:44 08.07.2021)
Ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürüb və güclü yağış yağıb. Ətraflı Sputnik Azərbaycan-nın videosunda.

Ölkəni bürüyən leysan daha çox Zaqatalada müşahidə edilib. Dağlıq əraziyə yağan güclü yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.

Gecə saatlarında rayonun Sabunçu kəndindən rayon mərkəzinə qayıtmaq istəyən bir ailə isə Sabunçu və Yuxarı Çardaxlar kəndləri arasında axan Qara çayda batmaq təhlükəsi ilə üzləşib. Gecə saaatlarında əraziyə müvafiq qurumlar cəlb edilib və ikisi azyaşlı olmaqla 5 nəfərdən ibarət ailə təhlükəsiz əraziyə təxliyyə olunub.

Rayonun iri çaylarından sayılan Tala çayından da qısamüddətli sel keçib. Nəticədə Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttinin 100 metrdən çox hissəsini sel suları yuyaraq aparıb. Hər iki kənddə içməli su problemi yaranıb.

Rayon mərkəzində və Yuxarı Tala kəndi ərazisində isə bir neçə evin zirzəmisinə və həyatyanı sahələrinə yağış suları dolub.

Hazırda müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

49

Gün işığında: Qazaxıstanda qar bəbirləri gizli kameranın obyektivinə düşüb

9
(Yenilənib 13:37 23.07.2021)
Qazaxtsanın Almatı vilayətindəki “Altın Emel” Milli Təbiət Parkında  “Qırmızı kitab”a düşmüş qar bəbirləri gizli kameranın obyektivinə tuş gəlib. Ətraflı videomuzda.

Videokadrlarda iki bəbir balasının bir-biri ilə oynadıqları, ana bəbirin isə onların ətrafında gəzişdiyi öz əksini tapıb. Bu ölkənin Ekologiya, Geologiya və Təbii Resurslar Nazirliyinin rəsmi “Telegram” kanalının məlumatına əsasən, hazırda “Altın Emel” parkının ərazisində qar bəbirlərinin qorunmasına yönəlmiş xüsusi layihə həyata keçirilir. Bu təşəbbüs çərçivəsində mütəxəssislər əraziyə bir neçə gizli kamera yerləşdiriblər ki, nəticədə də sözügedən yırtıcıların maraqlı kadrlarını lentə almaq mümkün olub.

Nazirlikdən o da bildirilib ki, 2017-ci ildən etibarən milli parkda Sibir dağkeçisinin ovlanması qadağan olunub. Qeyd  edək ki, qar bəbirləri, əsasən, Sibir dağkeçiləri ilə qidalandıqlarından, bu addım dağlarda sözügedən yırtıcıların sayının artmasına gətirib çıxarıb.

9

Yük maşını ikiotaqlı evə çevrildi: Təkərlər üzərində mini-otel yaratdılar

19
(Yenilənib 13:30 23.07.2021)
Latviyada köhnə, sovetin vaxtından qalmış "QAZ-63" yük maşınını təkər üzərində mini-otelə çevirərək ona ikinci həyat veriblər. Otelin necə göründüyünü videoda izləyin.

Təbiət qoynunda, ağacların kölgəsində rahat, təkərli otel. Bu, latviyalı Karlis Dandzberqs və Andris Kariçkinsin əl işidir. Avtomobili ikiotaqlı rahat evə çevirən entuziastlar onu Macəra Parkının alma bağına yerləşdiriblər.

Yük maşınına mühərrik quraşdırdılar. Avtomobil quru otaqda saxlanıldığından və çöldə yaxşı qorunub saxlanıldığından avtomobil yaxşı vəziyyətdə idi.

Dizaynerlər maşına  elektrik enerjisi quraşdırdılar, salonu istiliklə təchiz etdilər və ora yaşamaq üçün lazım olan mebelləri yerləşdirdilər.

 

19
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”

0
(Yenilənib 17:06 23.07.2021)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, informasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb
Rəşad Məcid: “Belə xaotik vəziyyətdə kimin jurnalist olması sual altındadır”

“Media haqqında qanunlayihəsi KİV redaktorları ilə müzakirə olunub, eyni zamanda MEDİA agentliyi ilə ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə bu qanun layihəsinin müzakirəsi aparılıb”. Bunu Sputnik Azəbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib deyib.

O bildirib ki, yeni qanun layihəsinin hazırlanması labüd idi: “Ona görə ki, indi çox xaotik bir vəziyyət yaranıb. İnformasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb. Belə xaotik vəziyyətdə kimin media qurumu və jurnalist olması sual altındadır. Çox güman ki, parlamentdə baxıldıqdan sonra yaxın illər üçün media haqqında qanun ən optimal variantlardan biri olacaq”.

Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0