Hər kəsin öz müharibəsi, amma hamı üçün bir Qələbə var

22
(Yenilənib 10:37 25.06.2021)
Bu gün, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günündə daim dövlətin diqqət mərkəzində olan Qarabağ müharibəsi veteranları şərəfləndiriliblər. Ətraflı videomuzda.

Qarabağ müharibəsi hər bir azərbaycanlının ürəyində ağrılarla səslənir. Ölkənin hər bir vətəndaşı üçün bu mövzu və onunla əlaqəli hər şey müqəddəsdir. Azərbaycanlılar müharibə qəhrəmanlarının xatirələrini əziz tuturlar və veteranlara xüsusi hörmətlə yanaşırlar.

Müharibə veteranlarının müalicəsi və müharibə veteranları ailələrinin problemlərinin həlli daima dövlətin diqqət mərkəzindədir. Azərbaycan Silahlı Qüvvələri Gününə qədər Bakıdakı tibb mərkəzlərindən birində Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyi veteranlar üçün hərtərəfli müayinə təşkil edib. Üç gün davam edən kampaniya müddətində 100-ə yaxın qaziyə və onların övladlarına tibbi yardım göstərilib.

Bu gün təbrik alan qazilərin hər birinin öz hekayələri var. Cəmaləddin İmanzadə Qubadlı və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Rafiq Mürsəlovun isə cəbhədən qayıtdıqdan sonra 35 yaşı tamam olub, əks halda müharibədə iştirak edə bilməyəcəkdi.

Elvin Qəhrəmanov isə Azərbaycan Silahlı Qüvvələri Gününü tamamilə azad Qarabağda qeyd edə biləcəyi zamanı gözləyir.

Hər birinin öz müharibəsi var idi, ancaq Zəfər hamı üçün bir oldu.

 

22

Xocalı ərazisində yeni hərbi hissənin açıldı

9
Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

9

Ford, Bentley “Volqa” moskvalı avtohəvəskarın kolleksiyasının “ulduz”ları

16
(Yenilənib 17:23 28.07.2021)
Avtomobil həvəskarı Georgi Oleynik retro avtomobillərin kolleksiyasını yığır. Öz kolleksiyası üçün nümunələri o, müxtəlif yerlərdən – avtomobil zibilxanasından, ya da vintaj maşınların hərracından əldə edir.Ətraflı videomuzda.

 Kolleksiyadakı sevimli və nəzərəçarpan modellərdən biri 1973-cü il istehsalı olan Corvette-dir. Maşının bərpasına yeddi il və on milyon rubl sərf olunub.

Oleynikin kolleksiyasında on maşın var: bunlardan QAZ-21 “Volqa”, sovet vaxtının “basar-keçər” hərbi QAZ-69 maşını, Ford və Bentley zavodlarının retro modelləri diqqət çəkir. 

Georgi avtomobillərlə uşaqlıqdan maraqlanır. Vaxt ötdükcə adi maraq ciddi məşğuliyyətə çevrilib: indi o, retro avtomobilləri gündəlik istifadə üçün bərpa edir.

16
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq atılan yenidoğulmuşla bağlı araşdırma apardı - Nəticələr var

0
Ana ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.  

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.

Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Həmçinin oxuyun:

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər

Rusiyada yeni doğulanların sayı 25% azalıb

0