Qonşuda köhnə avtomaşınları burada "basdırırlar"

67
Yer üzündə canlıların olduğu ki, cansızların da qəbiristanlıqları olurmuş. Bunlardan biri köhnəlmiş maşınların son mənzilidir.

Pasanauri kəndindəki avtomobil qəbiristanlığı daha çox Gürcüstan Hərbi Yolu kimi tanınan Tiflislə Vladiqafqazı birləşdirən magistralın bir kənarındadır. Muzey tərk edilmiş kimi görünür - maşınların əksəriyyəti pasla örtülüb, boyası gedib, salonlarının içərisində hətta ot cücərib.

Kolleksiyanın sahibi Cimşer Pataşuri müsahibəsində bildirib ki, köhnə maşınlara heç bir marağı yox imiş: "Bir nəfər köhnə bir Willys ("QAZ 67") verəndə həvəsləndim. Sonra bu maşınları toplamağa başladım və bu gün 120 maşınım var. Bütün avtomobilləri orijinal görünüşündə saxlamaq istəyirəm".

Kolleksiyadakı ən qeyri-adi eksponat tankdır. Muzeyin sahibinə hədiyyə edilib. İstifadə olunmuş avtomobil qəbristanlığının sahibi ziyarətçilərin sayının artmasını istəyir, insanlar qeyri-adi muzeylə maraqlanırlar. Cimşer Pataşuri pandemiya bitdikdən sonra planlarının həyata keçəcəyinə ümid edir.

67

Füsunkar Pirqulu dağ-meşə massivi

413
Belə bir məkanın məhz vətənimiz Azərbaycanda olmasına görə fəxr etməmək qısa desək, sadəcə mümkün deyildir.

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Safari parkına getmək üçün Şamaxı-Dəmirçi-Lahıc yolu ilə bir xeyli məsafə qət etdikdən sonra ​​Pirqulu adlanan dağ-meşə massivinə çatırsan. Ümumi ərazisi​ 1200 hektar olan parkın​ 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun formada ​çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflonlar, yəni dağ qoyunları, alpaka və lamanın​ xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.

Safari parkı vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Hər il orada konfranslar keçirilir və yarışlar olur. 2019-cu ildə parkın marallarından biri 3-cü yer, 2020-ci ildə isə Xan ləqəbli maral 1-ci yeri tutub. Yarış üçün erkək fərdlər seçilir və buynuzun şaxələrinə görə, böyüklüyünə görə marala qiymət verilir.

 

413

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

23
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

23
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

0
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0