Qız evində toydur, oğlan evinin xəbəri yox: Bakıda sorğu

27
(Yenilənib 18:39 25.06.2021)
Paytaxt sakinləri toylarla bağlı yeni qərarlara necə münasibət bildirdilər. Ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda toy və digər şənliklərin keçirilməsinə qoyulan qadağa bir ildən çox davam edib. Nəhayət, məhdudiyyət götürülür: iyulun 1-dən gənclər artıq toy edə bilərlər. Ancaq toylarla bağlı yeni qanunlar gözlənilən sevinc dalğasına səbəb olmadı.

Toyda 50 nəfər iştirak edirsə, maskadan istifadə olunmalıdır. Qonaqların sayı 50 ilə 150 nəfər arasındadırsa, toya dəvət olunan insanlar dezinfektandan istifadə etməli, infeksiyaya yoluxduqları və sağaldıqları barədə COVID pasportuna sahib olmalıdırlar.

Sputnik Azərbaycan-ın çəkiliş qrupu vətəndaşların bu cür şəraitdə toy keçirmək istəyib-istəmədiklərini öyrənib. Bakıda yeni qaydalarla toy keçirməyə icazə verilməsi ilə bağlı xəbərlərə sakinlər fərqli münasibət bildiriblər. Bəziləri qeyd edirlər ki, toylar qadağan olunmamalı idi, bəziləri isə koronavirusun yayılma riskindən qorxurlar.

 

27

Xocalı ərazisində yeni hərbi hissənin açıldı

15
Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

15

Ford, Bentley “Volqa” moskvalı avtohəvəskarın kolleksiyasının “ulduz”ları

19
(Yenilənib 17:23 28.07.2021)
Avtomobil həvəskarı Georgi Oleynik retro avtomobillərin kolleksiyasını yığır. Öz kolleksiyası üçün nümunələri o, müxtəlif yerlərdən – avtomobil zibilxanasından, ya da vintaj maşınların hərracından əldə edir.Ətraflı videomuzda.

 Kolleksiyadakı sevimli və nəzərəçarpan modellərdən biri 1973-cü il istehsalı olan Corvette-dir. Maşının bərpasına yeddi il və on milyon rubl sərf olunub.

Oleynikin kolleksiyasında on maşın var: bunlardan QAZ-21 “Volqa”, sovet vaxtının “basar-keçər” hərbi QAZ-69 maşını, Ford və Bentley zavodlarının retro modelləri diqqət çəkir. 

Georgi avtomobillərlə uşaqlıqdan maraqlanır. Vaxt ötdükcə adi maraq ciddi məşğuliyyətə çevrilib: indi o, retro avtomobilləri gündəlik istifadə üçün bərpa edir.

19
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

0
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

0