Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dünya Atalar Gününü qeyd edir, bəs bizim balacaları ataları ilə nə bağlayır?

Abunə olmaq
Bu gün Sputnik Azərbaycan Atalar Günü ilə bağlı videosorğu edib. Paytaxtın balaca sakinləri  suallarımızı cavablandırıblar. Ətraflı videomuzda.

Bu gün dünyada ataların verdiyi töhfələri dəyərləndirmək üçün Atalar Günü qeyd edilir. Amerikalı bir əsgərin qızı Smart Dodd Analar Günü olduğu kimi, Atalar Gününün də qeyd olunmasını təklif edib.

Çünki Doddun atası 6 övladını tək böyüdüb və qızı da ataların əməyinin dəyərləndirilməsini istəyib.

1972-ci ildən hər il iyun ayının 3-cü bazarı rəsmi olaraq Atalar Günü kimi təsdiqlənib. ABŞ prezidenti Riçard Nikson Atalar Gününü ölkədə milli bayram elan edib.

Adətən ailə üzvləri bu gündə atalara hədiyyələr verir və onlar nahar və şam yeməyinə dəvət edilirlər.

Xəbər lenti
0