Cəbrayılın Cəfərabad kəndindən videogörüntülər

246
(Yenilənib 18:39 13.06.2021)
Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Cəbrayıl rayonunun Cəfərabad kəndi 2020-ci il oktyabrın 4-də erməni işğalından azad edilib.

Cəbrayılın Cəfərabad kəndindən videogörüntülər yayımlanıb. Sputnik Azərbayan Müdafiə nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

 

 

246

Reza Deqatidən gənc fotoqraflara ən dəyərli məsləhət: Ürəyinizlə çəkin

37
(Yenilənib 17:14 30.07.2021)
“National Geographic” jurnalının tanınmış əməkdaşı, Azərbaycan əsilli fransız fotojurnalist Reza Deqati peşə təcrübəsini bölüşüb. Ətraflı Sputnik Azərbaycan-ın videosunda. 

“National Geographic” jurnalının tanınmış əməkdaşı, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “In the eye of the storm” (Fırtınanın mərkəzində) qısametrajlı filmini tamaşaçılara təqdim edib. O, bu filmdə qırx il ərzində dünyada gördüklərini insanlara çatdırmağa çalışıb. Filmin əsas mövzusu müharibə və onun yaratdığı dəhşətlərdir.

Reza Deqati Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib: “Mənim özümə çətin olsa da, məzlumların səsini dünyaya çatdırmaq lazımdır”.

O, Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında da mühüm rol oynayıb.

Reza Deqati bu görüşdə fotoqraf kimi təcrübələrini də bölüşüb. O bildirib ki, ”yaxşı fotoqraf olmaq üçün həssas ürək və rahat ayaqqabı lazımdır”.

 

37

Rusiya təyyarələri Türkiyənin cənubunda meşə yanğınlarını söndürür

53
(Yenilənib 13:57 30.07.2021)
Rusiyanın “Be-200” təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.Ətraflı videomuzda.

Rusiyanın Ankaradakı səfirliyi Türkiyənin cənubunda meşə yanğınlarının söndürülməsində Rusiyanın “Rostex” birləşmiş aviasiya korporasiyasının  “Be-200” yanğınsöndürmə təyyarələrinin iştirakı haqqında məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasının üç ədəd «Be-200» amfibiya təyyarəsi yardım göstərmək üçün Türkiyə Respublikasına göndərilib.

İyulun 28-də Antalya vilayətinin rəhbərliyi Manavqat rayonunda güclü meşə yanğınının baş verdiyini bildirib. Güclü külək və isti hava səbəbindən alov sürətlə böyük ərazilərə yayılıb. Son məlumatlara görə, yanğın nəticəsində dörd nəfər həlak olub, daha iki yüz nəfərədək şəxs xəsarət alıb.

53
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

0
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

0