Surikatları günün altında qızınmağa çıxartdılar

25
(Yenilənib 16:26 11.06.2021)
Moskva zooparkının surikatları açıq korpusa köçürülüb. Bundan sonra zooparka gələnlər heyvanxananın bu yumşaq tüklü sakinlərinin həyatını yaxından müşahidə edə biləcəklər. Daha ətraflı – videoda.

 

Moskva zooparkının surikatları artıq istədikləri qədər Günəşdən həzz ala biləcəklər. İndi bu kiçik yırtıcılar günə ən sevimli məşğuliyyətləri ilə – günəş vannası qəbul etməklə başlayacaqlar.

Azadlığa çıxan surikatlar dərhal həşərat ovlamağa tələsirlər. Onlar ləzzətli nahar yeməyindən sonra yeni yaşayış məskənlərində səliqə-sahman yaratmağa başlayırlar: torpağı təmizləyir, artıq şeyləri kənarlaşdırır, yuvalarının ağzını genişləndirirlər.

İndi zooparka gələnlər zəhəri insanların ölümünə səbəb olan həşəratlarla qidalanan bu heyvanların həyat tərzini yaxından müşahidə edə biləcəklər.

25

Xocalı ərazisində yeni hərbi hissənin açıldı

15
Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.

Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

15

Ford, Bentley “Volqa” moskvalı avtohəvəskarın kolleksiyasının “ulduz”ları

19
(Yenilənib 17:23 28.07.2021)
Avtomobil həvəskarı Georgi Oleynik retro avtomobillərin kolleksiyasını yığır. Öz kolleksiyası üçün nümunələri o, müxtəlif yerlərdən – avtomobil zibilxanasından, ya da vintaj maşınların hərracından əldə edir.Ətraflı videomuzda.

 Kolleksiyadakı sevimli və nəzərəçarpan modellərdən biri 1973-cü il istehsalı olan Corvette-dir. Maşının bərpasına yeddi il və on milyon rubl sərf olunub.

Oleynikin kolleksiyasında on maşın var: bunlardan QAZ-21 “Volqa”, sovet vaxtının “basar-keçər” hərbi QAZ-69 maşını, Ford və Bentley zavodlarının retro modelləri diqqət çəkir. 

Georgi avtomobillərlə uşaqlıqdan maraqlanır. Vaxt ötdükcə adi maraq ciddi məşğuliyyətə çevrilib: indi o, retro avtomobilləri gündəlik istifadə üçün bərpa edir.

19
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

0
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

0