Minalanmış ərazilərin xəritəsi: vaxt veriləcək?

54
(Yenilənib 18:03 11.06.2021)
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində minalardan təmizlənmə işinin necə həyata keçirildiyi, minalanmış ərazilərin xəritəsinin Ermənistandan Azərbaycana verilməsinin aktuallığından danışılıb. Ətraflı videomuzda

Minaların Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi Samir Poladov bəyan edib ki, aprel ayının sonlarından indiyə qədər 50 nəfər minaya düşüb və onlardan 18 nəfər həlak olub.

Ancaq bu rəqəm durmadan artır. İyunun 4-də Azərbaycanın erməni işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində iki media nümayəndəsi və bir dövlət məmuru həlak oldu.

Bu faciəvi hadisə bir daha ictimaiyyətin diqqətini erməni tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi məsələsinə cəlb etdi.

54

Lənkərana gedəndə bu yerə baş çəkməyi unutmayın

76
(Yenilənib 20:39 17.06.2021)
Ölkəmizin cənub bölgəsinin ən populyar çayxanasının çayçıları Sputnik Azərbaycan-a açıqlama veriblər.

“Baba və Nənə çayı” çayxanasının səyyar çayçısı Əhməd İmanov bildirib ki, çayçılıq sənəti asan deyil: "Çünki biz səliqəyə çox diqqət edirik və bizim çayxanada mentalitetimizə uyğun olmayan hərəkətlər olmur. Bizim yanımıza əsasən ailəli, gənc xanımlar gəlib çay içib istirahət edirlər.

Allaha şükür, bu günə kimi buradan narazı gedən olmayıb. “Qarda da, yağışda da gələn olur, biz də bunların hamısını nəzərə alıb gəlirik. Bir də görürsən qar yağan vaxt zəng edirlər, gəlib oturub çay içib gedirlər".

"Bir dəfə müştəri gəldi. Yağış yağdığı üçün öz avtomobilində ona çay verdim və bizim çayın dadını bəyədiyini və yenə bura gələcəyini dedi. Bunlar hamısı çətindir, biz çətinliklə pul qazanırıq. “Yoldaşımla evdə məsləhətləşdik ki, səyyar qaydada yol üstündə çayxana açaq”, - deyən Şərqiyyə İmanova səyyar qaydada çayçı işləmək üçün lisenziya götürdüklərini bildirib.

76

Nəyə görə bu kəndin adı sakinləri utandırır?

46
Qəbələnin Tola kəndinin sakinləri kəndin adını çəkməyə utanırlar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Qəbələnin ən qədim yaşayış məntəqələrindən biri də Tola kəndidir. Sakinlərin sözlərinə görə, kəndin ərazisini qazdıqda qəbirlər və kürə yerləri çıxır. Onlar da kərpicdən tikilib. Burada yaşayan qədim tayfalar kərpicə tola deyiblər.

O vaxtdan da kəndin adı Tola qalıb. Sonradan isə sənədlərdə Tovla yazılıb. Hətta Tövlə yazılan sənədlər də var.

Sakinlər müsahibəsində bildiriblər ki, “Qədimi ad ola bilər, amma Tovladır. Bəzi sənədlərdə hətta Tövlə yazılır. Utanırıq, çəkə bilmirik kəndin adını”.

 

46
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

0
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

0