Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Laçının Bozlu kəndi bu gün necə görünür - Müdafiə Nazirliyi ən son görüntüləri yayıb

Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq işğaldan azad edilmiş Laçın rayonunun Bozlu kəndindən videogörüntülər hazırlayıb.

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Bozlu kəndindən son çəkilmiş videogörüntüləri yayınlayıb. Əsrarəngiz təbiəti olan bu kənddən geriyə ancaq dağıdılmış evlərin quru divarları qalıb. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Xəbər lenti
0