Mozaikaya bənzəyən əsərləri ilə məşhur olan rəssam

72
(Yenilənib 17:29 08.06.2021)
Rəngarəng və fərqli əsərləri ilə göz oxşayan rəssam Mir Azər Abdullayev Sputnik Azərbaycan-a müsahibə verib. Ətraflı videomuzda.

 

Rəssam olmaq üçün müəyyən bazaya malik olmaq lazımdır. Rəssam mütləq mütaliə etməli və araşdırmalıdır, müşahidə etməlidir, səyahət edib, sərgilərə qoşulub, başqa rəssamların işlərini görməlidir. Bütün bunlar rəssamın beynində baza kimi yığılmalıdır.Bunları rəssam Mir Azər Abdullayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Azər ilk dəfə əlinə qələmi 3 yaşı olarkən aldığını deyir. Rəssam olduğu üçün valideynlərinə borcludur: onun rəssamlığa olan həvəsini görüb, uşaqlıqdan dəstək olublar. Azərin stili digərlərinən fərqlənir. Əsərlərini alan insanlar onların müalicəvi effekt verdiyini deyirlər.Gələcəkdə müxtəlif üsullarda işləməyi planlaşdırır.

 

 

72

Lənkərana gedəndə bu yerə baş çəkməyi unutmayın

85
(Yenilənib 20:39 17.06.2021)
Ölkəmizin cənub bölgəsinin ən populyar çayxanasının çayçıları Sputnik Azərbaycan-a açıqlama veriblər.

“Baba və Nənə çayı” çayxanasının səyyar çayçısı Əhməd İmanov bildirib ki, çayçılıq sənəti asan deyil: "Çünki biz səliqəyə çox diqqət edirik və bizim çayxanada mentalitetimizə uyğun olmayan hərəkətlər olmur. Bizim yanımıza əsasən ailəli, gənc xanımlar gəlib çay içib istirahət edirlər.

Allaha şükür, bu günə kimi buradan narazı gedən olmayıb. “Qarda da, yağışda da gələn olur, biz də bunların hamısını nəzərə alıb gəlirik. Bir də görürsən qar yağan vaxt zəng edirlər, gəlib oturub çay içib gedirlər".

"Bir dəfə müştəri gəldi. Yağış yağdığı üçün öz avtomobilində ona çay verdim və bizim çayın dadını bəyədiyini və yenə bura gələcəyini dedi. Bunlar hamısı çətindir, biz çətinliklə pul qazanırıq. “Yoldaşımla evdə məsləhətləşdik ki, səyyar qaydada yol üstündə çayxana açaq”, - deyən Şərqiyyə İmanova səyyar qaydada çayçı işləmək üçün lisenziya götürdüklərini bildirib.

85

Nəyə görə bu kəndin adı sakinləri utandırır?

49
Qəbələnin Tola kəndinin sakinləri kəndin adını çəkməyə utanırlar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Qəbələnin ən qədim yaşayış məntəqələrindən biri də Tola kəndidir. Sakinlərin sözlərinə görə, kəndin ərazisini qazdıqda qəbirlər və kürə yerləri çıxır. Onlar da kərpicdən tikilib. Burada yaşayan qədim tayfalar kərpicə tola deyiblər.

O vaxtdan da kəndin adı Tola qalıb. Sonradan isə sənədlərdə Tovla yazılıb. Hətta Tövlə yazılan sənədlər də var.

Sakinlər müsahibəsində bildiriblər ki, “Qədimi ad ola bilər, amma Tovladır. Bəzi sənədlərdə hətta Tövlə yazılır. Utanırıq, çəkə bilmirik kəndin adını”.

 

49
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

0
(Yenilənib 09:57 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

0
Teqlər:
prezident seçkisi, İran