“Pitiminutka” partladı, ev yandı - video

1325
Qaxda ev yanaraq külə dönüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Tasmalı kəndində baş verib.

Kənd sakini Haqverdiyev Ələkbər Hidayət oğluna məxsus evin hamamında olan su qızdırıcısı (“pitiminutka”) qəfildən partlayıb və alışmağa başlayıb. Alov sürətlə yayılıb və bütün evi bürüyüb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Lakin Ələkbər Haqverdiyevə məxsus ev içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

1325

Lənkərana gedəndə bu yerə baş çəkməyi unutmayın

88
(Yenilənib 20:39 17.06.2021)
Ölkəmizin cənub bölgəsinin ən populyar çayxanasının çayçıları Sputnik Azərbaycan-a açıqlama veriblər.

“Baba və Nənə çayı” çayxanasının səyyar çayçısı Əhməd İmanov bildirib ki, çayçılıq sənəti asan deyil: "Çünki biz səliqəyə çox diqqət edirik və bizim çayxanada mentalitetimizə uyğun olmayan hərəkətlər olmur. Bizim yanımıza əsasən ailəli, gənc xanımlar gəlib çay içib istirahət edirlər.

Allaha şükür, bu günə kimi buradan narazı gedən olmayıb. “Qarda da, yağışda da gələn olur, biz də bunların hamısını nəzərə alıb gəlirik. Bir də görürsən qar yağan vaxt zəng edirlər, gəlib oturub çay içib gedirlər".

"Bir dəfə müştəri gəldi. Yağış yağdığı üçün öz avtomobilində ona çay verdim və bizim çayın dadını bəyədiyini və yenə bura gələcəyini dedi. Bunlar hamısı çətindir, biz çətinliklə pul qazanırıq. “Yoldaşımla evdə məsləhətləşdik ki, səyyar qaydada yol üstündə çayxana açaq”, - deyən Şərqiyyə İmanova səyyar qaydada çayçı işləmək üçün lisenziya götürdüklərini bildirib.

88

Nəyə görə bu kəndin adı sakinləri utandırır?

52
Qəbələnin Tola kəndinin sakinləri kəndin adını çəkməyə utanırlar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Qəbələnin ən qədim yaşayış məntəqələrindən biri də Tola kəndidir. Sakinlərin sözlərinə görə, kəndin ərazisini qazdıqda qəbirlər və kürə yerləri çıxır. Onlar da kərpicdən tikilib. Burada yaşayan qədim tayfalar kərpicə tola deyiblər.

O vaxtdan da kəndin adı Tola qalıb. Sonradan isə sənədlərdə Tovla yazılıb. Hətta Tövlə yazılan sənədlər də var.

Sakinlər müsahibəsində bildiriblər ki, “Qədimi ad ola bilər, amma Tovladır. Bəzi sənədlərdə hətta Tövlə yazılır. Utanırıq, çəkə bilmirik kəndin adını”.

 

52

FHN göldə boğulan hərbçimizin axtarışına başlayıb

0
Kapitan İlham Fərzəliyevin axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

BAKI, 18 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər. Bildirilib ki, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 30-da da buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölmüşdü.

Eləcə də oxuyun:

  • Laçında yol qəzasında ölən hərbçilərlə bağlı yeni xəbər var - FOTOLAR

  • Sərhəddə iki hərbçimiz həlak olub

0