* AZƏRBAYCAN *

Əbilcə kəndi 27 il sonra necə görünür - VİDEO

24
Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Əbilcə kəndindən çəkilmiş kadrlar ictimaiyyətə təqdim edilib.

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş kəndlərimizdən çəkilmiş videogörüntüləri yaymaqa davam edir. Bu dəfə Qubadlı rayonunun Əbilcə kəndindən çəkilmiş kadrlar ictimaiyyətə təqdim edilib.

Əbilcə kəndi Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində yerləşir. Bu kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Əbilcə kəndi Qara çayın sahilindədir. Toponim Əbil şəxs adına -cə şəkilçisini əlavə etməklə yaranıb. "Əbilə məxsus yer" mənasındadır.

Əbilcənin bu gün necə göründüyünə Sputnik Azərbaycan-ın təqdim etdiyi videoda baxın.

24

Laçın rayonunun Qarakeçdi kəndindən VİDEO

1473
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Qarakeçdi 2020-ci il noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin nəticələri əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun Qarakeçdi kəndindən videokadrlar yayıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Kəndin keçmiş adı Qarakeşiş olub. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanmış qara daş “Əsli və Kərəm” dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilib. Kəndin adı keçən əsrin sonlarında Qıraqlı kimi rəsmiləşdirilib.

Əvvəlki adı Leninkənd olub və 5 oktyabr 1999–cu ildən dəyişdirilərək Qarakeçdi adlandırılıb.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin nəticələri əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

1473

Azad edilmiş ərazilərdə daha bir modul tipli yeni hərbi hissə istifadəyə verilib

24
Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək.

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

Açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda kompleksdə zabit və gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün bütün imkanlar yaradılıb.

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər və modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

24
Suqovuşan, arxiv şəkli

Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

21233
Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş hərbçilərimiz təltif edildilər

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Onların siyahısı ilə bu linkdən tanış olmaq mümkündür. 

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

12:19

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

21233
Teqlər:
Azərbaycan Ordusu, hərbçilər, Azərbaycan, Qarabağ, medal, Suqovuşan