Kəlbəcərin əsrarəngiz təbiətə malik kəndindən ən son görüntülər

760
(Yenilənib 18:43 13.06.2021)
Ölkənin dilbər guşəsində yerləşən kənd ermənilər tərəfindən barbarcasına dağıdılsa da, öz əsrarəngiz təbiəti ilə adamı valeh edir.

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonu Əsrik kəndindən yeni videogörüntülər paylaşıb. Ölkənin dilbər guşəsində yerləşən kənd ermənilər tərəfindən barbarcasına dağıdılsa da, öz əsrarəngiz təbiəti ilə adamı valeh edir.

Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınıb. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salıb.

Əsrik kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Sputnik Azərbaycan həmin kənddən çəkilmiş ən son görüntüləri təqdim edir.

760

Lənkərana gedəndə bu yerə baş çəkməyi unutmayın

83
(Yenilənib 20:39 17.06.2021)
Ölkəmizin cənub bölgəsinin ən populyar çayxanasının çayçıları Sputnik Azərbaycan-a açıqlama veriblər.

“Baba və Nənə çayı” çayxanasının səyyar çayçısı Əhməd İmanov bildirib ki, çayçılıq sənəti asan deyil: "Çünki biz səliqəyə çox diqqət edirik və bizim çayxanada mentalitetimizə uyğun olmayan hərəkətlər olmur. Bizim yanımıza əsasən ailəli, gənc xanımlar gəlib çay içib istirahət edirlər.

Allaha şükür, bu günə kimi buradan narazı gedən olmayıb. “Qarda da, yağışda da gələn olur, biz də bunların hamısını nəzərə alıb gəlirik. Bir də görürsən qar yağan vaxt zəng edirlər, gəlib oturub çay içib gedirlər".

"Bir dəfə müştəri gəldi. Yağış yağdığı üçün öz avtomobilində ona çay verdim və bizim çayın dadını bəyədiyini və yenə bura gələcəyini dedi. Bunlar hamısı çətindir, biz çətinliklə pul qazanırıq. “Yoldaşımla evdə məsləhətləşdik ki, səyyar qaydada yol üstündə çayxana açaq”, - deyən Şərqiyyə İmanova səyyar qaydada çayçı işləmək üçün lisenziya götürdüklərini bildirib.

83

Nəyə görə bu kəndin adı sakinləri utandırır?

49
Qəbələnin Tola kəndinin sakinləri kəndin adını çəkməyə utanırlar. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Qəbələnin ən qədim yaşayış məntəqələrindən biri də Tola kəndidir. Sakinlərin sözlərinə görə, kəndin ərazisini qazdıqda qəbirlər və kürə yerləri çıxır. Onlar da kərpicdən tikilib. Burada yaşayan qədim tayfalar kərpicə tola deyiblər.

O vaxtdan da kəndin adı Tola qalıb. Sonradan isə sənədlərdə Tovla yazılıb. Hətta Tövlə yazılan sənədlər də var.

Sakinlər müsahibəsində bildiriblər ki, “Qədimi ad ola bilər, amma Tovladır. Bəzi sənədlərdə hətta Tövlə yazılır. Utanırıq, çəkə bilmirik kəndin adını”.

 

49
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

3
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

3