Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şuşada Respublika Günü - VİDEO

Abunə olmaq
Ümummilli lider Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

BAKI, 28 may — Sputnik. 28 May – Respublika Günü münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ümummilli lider Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

Azərbaycanlılar ADR-in yaranmasının 103-cü ildönümünü qeyd edirlər

28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra hər il 28 may Respublika Günü kimi qeyd olunur.

Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk dəfə, eləcə də ABŞ və bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu, milli pul, milli bankın yaradılması, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatlar və digər uğurlara imza atmışdı.

Yaranandan sonra qısa müddət ərzində respublikada milli bayraq, himn və gerb təsdiq olundu, dövlət dili Azərbaycan dili elan edildi.

1920-ci ilin yanvarında keçirilən Paris Sülh konfransında Azırbaycanln müstəqilliyi beynəlxalq səviyyədə tanındı. 

ADR-in ərazisi mübahisəli ərazilər nəzərə alınmadan 114 kvadrat kilometr, əhali sayı 2,8 milyondan çox idi.

Eləcə də oxuyun:

  • Prezident İlham Əliyev Ağdamda səfərdədir

  •  Rəsmi Bakı Ermənistanın Naxçıvan təxribatı barədə bəyanat verdi

  • Müdafiə Nazirliyi Vətən müharibəsindən yeni kadrlar paylaşıb - VİDEO

Xəbər lenti
0