* AZƏRBAYCAN *

Şaman tərzində əl işləri ilə diqqət çəkən usta

152
(Yenilənib 13:04 27.05.2021)
Qeyri-adı kolleksiyaya sahib olan Rəşad Ötükən Sputnik Azərbaycan-a müsahibə verdi. Ətraflı - videomuzda.

Rəşad Ötükən Dövlət Neft Şirkətində qaynaqçı vəzifəsində çalışır. Ötükən - Orta Asiyada yerləşən dağ adıdır. Bu adı özünə təxəllüs götürən Rəşad qərara gəlib ki, Orta Asiya və etno tərzdə işlərini təqdim etsin. Bu, şaman tərzinə də yaxındır.

Rəşad müsahibəsində bildirib ki, uşaqlıqdan əl işlərinə maraq göstərir. İlk dəfə daş və odunla işləməyə başlayıb, sonra isə metalla maraqlanıb. Diqqətini çəkən bıçaqların qiyməti münasib olmadığına görə özü bıçaq hazırlamaq qərarına gəlib.

İlk işləri uğurlu alındığı üçün bunu hobbiyə çevirib. Hazırladığı bıçaqlara uyğun qab tapmadığından qınları da özü düzəltmək qərarına gəlib. Beləliklə də işlədiyi materiallar sırasına dəri əlavə olunub.

Onun bir işi digərindən seçilir. İstəsə belə, bir məmulatın sırf eynisini hazırlaya bilmir. 

 

 

 

152

Laçın rayonunun Qarakeçdi kəndindən VİDEO

1473
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Qarakeçdi 2020-ci il noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin nəticələri əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun Qarakeçdi kəndindən videokadrlar yayıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Kəndin keçmiş adı Qarakeşiş olub. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanmış qara daş “Əsli və Kərəm” dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilib. Kəndin adı keçən əsrin sonlarında Qıraqlı kimi rəsmiləşdirilib.

Əvvəlki adı Leninkənd olub və 5 oktyabr 1999–cu ildən dəyişdirilərək Qarakeçdi adlandırılıb.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin nəticələri əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

1473

Azad edilmiş ərazilərdə daha bir modul tipli yeni hərbi hissə istifadəyə verilib

24
Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək.

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

Açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda kompleksdə zabit və gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün bütün imkanlar yaradılıb.

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər və modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

24
Azərbaycanın T-55 tankları Ağdamda

Ağdamı azad edən igidlərimizə medal verilir - SİYAHI

6523
Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz xüsusi medalla təltif olunurlar

BAKI, 24 iyun - Sputnik. Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə buradan tanış olmaq mümkündür.

---------------

29.12.2021

16:11

Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

6523
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, Azərbaycan Ordusu, medal, döyüş, Qarabağ, Ağdam