Bərdə bazarında baş verən genişmiqyaslı yanğın artıq söndürülüb

59
(Yenilənib 15:32 26.05.2021)
Bərdənin Güloğlular kəndində, "Təzə Bazar" ərazisində yanğın baş verib. Ətraflı Sputnik Azərbaycan-ın videosunda

 

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

59

Əlvida uşaqlıq! Azərbaycanlı məzunlar məktəblərlə vidalaşır

19
(Yenilənib 17:39 14.06.2021)
Azərbaycanın orta məktəblərində "Son zəng" çalındı. Karantin sonrası Bakı məktəblərində son zəng necə keçirildi? Ətraflı videomuzda

 

İyunun 14-də Azərbaycan məktəblərində məzunlar üçün son zəng çalındı. Ölkədə karantin rejimi yumşaldılandan sonra müəyyən məhdudiyyətlərlə son zəng baş tutub

"Son zəng" ümumtəhsil müəssisələrinin həyətində, açıq hava şəraitində, bir saatdan çox olmamaq və sosial məsafəni qorumaq şərtilə həyata keçirilib. Tədbirlərə yalnız 11-ci sinif məzunları, məktəb rəhbərliyi və məhdud sayda müəllim qatılıb. Valideynlər tədbirə buraxılmayıb.Sputnik Azərbaycan-nın çəkiliş qrupu paytaxtdakı məktəblərdən birini ziyarət edib

Bu il ölkədə ümumilikdə 85 min məzun var. Ötən tədris ilində Azərbaycanda orta məktəbləri 84,6 min şagird bitirib. Ölkəmizdə axırıncı dəfə "Son zəng" 2018-2019 tədris ilində baş tutub. 2020-ci ildə "Son Zəng" kampaniyası onlayn həyata keçirilmişdi

 

19

Əhaliyə şad xəbər: Çimərlik mövsümünə hazırlaşa bilərsiniz

15
(Yenilənib 17:41 14.06.2021)
Bugündən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. Ətraflı Sputnik Azərbaycan-ın videosunda

Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşdırma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsilə mütəmadi xəbərdarlıq edilir.

Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxt rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxış keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb.

Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşdırma aparılıb.

15
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0