* AZƏRBAYCAN *

"Ehtiyat zabit hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib - VİDEO

10
Buraxılış mərasimində çıxış edənlər məzunları "leytenant" növbəti hərbi rütbəsi verilməsi münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

BAKI, 24 may — Sputnik. Mayın 24-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı" kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edənlər məzunları "leytenant" növbəti hərbi rütbəsi verilməsi münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Gənc zabitlər də öz növbəsində kurs müddətində aldıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara "leytenant" poqonları və sertifikatlar təqdim edilib.

Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

10

Laçın rayonunun Qarakeçdi kəndindən VİDEO

1472
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Qarakeçdi 2020-ci il noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin nəticələri əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun Qarakeçdi kəndindən videokadrlar yayıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Kəndin keçmiş adı Qarakeşiş olub. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanmış qara daş “Əsli və Kərəm” dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilib. Kəndin adı keçən əsrin sonlarında Qıraqlı kimi rəsmiləşdirilib.

Əvvəlki adı Leninkənd olub və 5 oktyabr 1999–cu ildən dəyişdirilərək Qarakeçdi adlandırılıb.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin nəticələri əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

1472

Azad edilmiş ərazilərdə daha bir modul tipli yeni hərbi hissə istifadəyə verilib

24
Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək.

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

Açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda kompleksdə zabit və gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün bütün imkanlar yaradılıb.

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər və modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

24
Şuşa, arxiv şəkli

Şuşanı azad edən hərbçilərimiz medala layiq görüldülər - SİYAHI

0
Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz medalla təltif olundular

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Təltif olunan hərbçilərin siyahısına buradan baxmaq olar.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı. 

44 gün davam edən müharibə zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ savaşında şəhid olan hərbçilərdən 2841 nəfəri yanvarın 11-dək dəfn edilib. 64 nəfər isə itkin düşmüş sayılır. 

Vətən müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

14:27

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

0