* AZƏRBAYCAN *

Burada at bazarı qaranlıqda başlayır

41
(Yenilənib 10:13 24.05.2021)
Qərb bölgəsində ən böyük at bazarı Qazax rayonunda təşkil olunur. Ətraflı Sputnik Azərbaycan-ın videosunda

 

Qazaxda yerləşən at bazarına nəinki Qazaxdan, eləcə də ətraf rayonlardan satıcılar və alıcılar gəlirlər. Yaxşı atın daha tez satılacağını bilən alıcılar da gün çıxar-çıxmaz bazara axın edir. Yaz fəsli olduğundan atlara da tələbat çoxalıb.

Bölgədə atlardan cıdır ilə yanaşı, kənd təsərrüfatında, əkin-biçində də istifadə edirlər. Almağı qərarlaşdırdıqdan sonra isə onu mütləq çapıb yoxlayırlar.

Çünki necə yeriməsini, yorulmasını, xasiyyətini əsasən çapıb müəyyən edirlər. Bəzən bu işləri bazarda xüsusi adamlar görür.

 

41

Azad edilmiş ərazilərdə daha bir modul tipli yeni hərbi hissə istifadəyə verilib

15
Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək.

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

Açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda kompleksdə zabit və gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün bütün imkanlar yaradılıb.

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər və modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

15

Bihuşedici çiçək dənizi: Azərbaycanda lavandalar çiçək açıb

43
(Yenilənib 13:29 23.06.2021)
Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.Ətraflı videomuzda.

Sputnik Azərbaycanın çəkiliş qrupu Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Sahələrə giriş pulsuzdur.

Sputnik Azərbaycanın bölgə müxbiri bura üz tutan turistlərlə söhbətləşib.

"İlk dəfədir belə lavanda sahəsi görürəm. Heç xəbərim yox idi ki, Azərbaycanda belə bir yer var. Lavandalar möhtəşəmdir, ətirlərinə də söz ola bilməz! Bakıdan məhz bunun üçün gəlmişəm. Çünki, lavandaları çox sevirəm", – onlardan biri belə deyir.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

 

43
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

0
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

0