Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Saxalindəki turistlər dəniz ekskursiyalarında qulaqlı suitilərlə tanış olurlar

Abunə olmaq
Saxalin vilayətinin Nevalsk şəhərində dəniz ekskursiyaları bərpa olunub. Həmin ekskursiyalarda turistlər qulaqlı suitilərə tamaşa edə bilərlər. Ətraflı videomuzda

 

Kadrlarda onlarla suitinin dalğalar arasında oynaşdığını, turistlərin isə onları seyr etdiyini görmək olar.

Yüngül motorlu qayıqlar dəniz heyvanlarının toplaşdığı yerə ancaq müəyyən məsafəyə qədər yaxınlaşırlar. Bu ona görə edilir ki, dəniz heyvanları narahat olmasınlar. Eyni zamanda suitilərin olduğu yerdə bir neçə qayıq ola bilər.Ekskursiyalar əsasən günün birinci yarısında keçirilir.

“Biz hər il bura gəlməyə çalışırıq. Çünki bizim burada keçirdiyimiz hisslər o qədər xoş əhval, gümrahlıq yaradır ki. Ona görə də bu, artıq bizdə bir növ adətə çevrilib. Biz bura hansısa köhnə emosiyalar üçün gəlmirik”, - deyə ekskursiya iştirakçısı Marina Basırova fikirlərini bölüşüb.

Təşkilatçıların sözlərinə görə, may və iyun aylarında qulaqlı suitilərlə tanış olmaq istəyənlərin əksəriyyəti Saxalin sakinləridir. Rusiyanın digər guşələrindən və dünyanın müxtəlif yerlərindən olan turistlər dəniz məməlilərini seyr etmək üçün iyul və avqust aylarında gəlirlər.

Xəbər lenti
0