Ordumuzun raket artilleriya bölmələri hazırlıq vəziyyətinə gətirildi - VİDEO

29
(Yenilənib 12:13 19.05.2021)
Təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.

BAKI, 19 may — Sputnik. Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.

Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər mayın 20-dək davam edəcək.

Eləcə də oxuyun: 

* Antiterror əməliyyatına hazır olun - General-leytenant orduya tapşırıqlar verdi

PUA-lar kəşfiyyat üçün havaya qalxdı - Hərbi təlimlərdən möhtəşəm görüntülər

* Azərbaycan Ordusuna Ermənistanla sərhəddə "həyəcan" siqnalı verildi - VİDEO

* Azərbaycanda keçirilən hərbi təlimlərin sərhəd mübahisələri ilə əlaqəsi varmı?

29
Teqlər:
Azərbaycan Ordusu, video, raket, artilleriya, Azərbaycan, hərbi təlimlər
(3:29 / 27.28Mb / просмотров видео: 465)

Ceyhun Bayramov Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi

31
(Yenilənib 13:29 22.06.2021)
Aksiyada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan xarici işlər nazirləri iştirak edib.

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Xarici İşlər Nazirlərinin rəhbərləri Böyük Vətən Müharibəsinin 80 illiyi münasibəti ilə şeir deyiblər. Sputnik Azərbaycan həmin videonu təqdim edir.

Anma aksiyası, Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı başladılıb. MDB üzvü olan dövlətlərin xarici işlər nazirləri müharibə və Sovet xalqının Böyük Vətən müharibəsi illərindəki qəhrəmanlıqları haqqında şeirlər oxudular.

Aksiyada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan xarici işlər nazirləri iştirak edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səməd Vurğunun "Vətənin keşiyində" adlı şerindən misraları səsləndirib.

Aksiyanın təşkilatçısı 2021-ci ildə MDB-yə sədrlik edən Belıarusdur.

"80 il əvvəl, iyunun 22-i 1941-ci ildə Sovet İttifaqının çoxmillətli ailəsinə müharibə gəldi. Heç kim kənarda qalmadı, SSRİ-nin hərbi xalqı üçün bu müharibə milli faciəyə çevrildi. Bu gün xalq şairləri, MDB üzvü olan ölkələrin xarici işlər nazirlərinin səsləri ilə hamımıza müharibə dəhşətini və vətən müdafiəçilərin qəhrəmanlığını, düşmən xəyanətini və əcdadlarımızın inadkarlığını, itkilər və Zəfər sevincinin göz yaşlarını xatırladır! Biz MDB-də sülh mirasını xatırlayır, hörmət edir və əzizləyirik!", - deyə məlumatda bildirilir.

Bu il Alman qoşunlarının Sovet İttifaqının sərhədini keçərək Qırmızı Ordunun sərhəd hissələrinə hücum etdiyi Böyük Vətən Müharibəsinin başlanmasından səksən il keçir. Xatirə və Anım günü hər il 22 iyun tarixində qeyd olunur.

31

Məşhur qala dağılmaq təhlükəsi ilə üz-üzə qalıb

25
(Yenilənib 11:05 22.06.2021)
Azərbaycanın dövlətçilik tarixində önəmli yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından hesab edilən Buğurd qalası irigövdəli ağacların təsirindən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Ətraflı videomuzda

 

Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür dağ zirvəsində Buğurd qalası yerləşir. Əlverişli strateji mövqeyə malik qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olub.

İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınıb. Divarların üzəri gümbəzvari formada hörülüb ki, bu da düşmənə mühafizəçilərin hərəkətini izləməyə imkan vermir. Buğurd qalası istər yerləşdiyi mövqeyinə, istərsə də istehkamlarının quruluşuna görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir dağ və ya təpənin üzərində tikilibsə, Buğurd qalasının istehkamları bir-birinə bitişik olan, bəzən təbii aşırımlar vasitəsilə birləşən dağ silsilələrinin zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və əlçatmaz olur.

Mütəxəssislərin fikincə, tezliklə əraziyə diqqət ayrılmasa, arxeoloji tədqiqat işləri ilə bərabər, konservasiya bərpa işləri də aparılmasa, günümüzə qədər gəlib çatan bu abidə məhv olacaq.

 

25
Enerji içki, arxiv şəkli

Nazirlik enerji içkiləri ilə bağlı qaldırıb

0
İstehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

BAKI, 23 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a qurumdan bildirilib.

Araşdırmaların ilkin nəticələrinə görə, "Avrora" MMC-nin istehsal etdiyi "BİZON energy" markalı spirtsiz içkilərin üzərində "ENERGY" və "CHARGE YOUR POWER" sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 1-dən Azərbaycanda "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minib.

Həmin qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.

0