Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Məktəblilər hərbi təlim mərkəzlərində məşğələ keçiblər - VİDEO

Abunə olmaq
Məşğələlərdə müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında,

"2020-2021-ci tədris ilində hərbi vətənpərvərlik tərbiyyəsinin təşkili və hərbi idman oyunlarının keçirilməsi üçün hərbi hissələrlə qarşılıqlı əlaqələr" planına uyğun olaraq keçirilən məşğələlər davam edir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Naxçıvan şəhəri və Sədərək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən məşğələlərdə məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin və onların hərbi biliklərinin artırılmasının əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

Məşğələlərdə müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Məktəblilər atıcı silahların hissə və mexanizmləri, natamam sökülüb-yığılması haqqında geniş məlumat aldıqdan sonra avtomatdan praktiki atışlar yerinə yetiriblər.

 

Xəbər lenti
0