Zaqatala rayonunun Suvagil kəndində yeni artezian quyusu çökdü

23
(Yenilənib 17:31 04.05.2021)
Zaqatala rayonunun Suvagil kəndində yeni artezian quyusu qazılıb və qəfildən artezian çöküb. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

2020-ci ilin sentyabr ayında Zaqatala rayonunun Suvagil kəndində yeni artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. 78 metr dərinlikdə qazılan artezian quyusu ilk gündən yaxınlıqda yaşayan 100-ə yaxın ailənin içməli suya olan ehtiyacını ödəyib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bir müddət öncə, güclü yağışlardan sonra artezian quyusunun suyu bulanmağa və artmağa başlayıb.

Bir neçə gün öncə isə gecə saatlarında qəfildən artezian quyusu çöküb.

 

23

Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi

10
Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü günü icitimaiyyət nümayəndələri Bakıda Qardaşlıq məzarı memorialının önünə toplaşıblar. Həlak olanların xatirəsinin necə yad olunması bizim videomuzda.

Hərbi orkestr Azərbaycan himnini ifa edərək paytaxtın Nərimanov rayonunda Qardaşlıq məzarı önündə bayram tədbirini açıb. MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və veteranlar Memorial önünə gül dəstələri qoyublar.

Moskvada Qələbə Günü: parad və xatirələrə köçmüş yerlərdən video >>

Koronavirus Qələbə Gününü qeyd etmə proqramına dəyişikliklər edib. Belə ki, Bakıda yenə də “Ölməz alay” vətəndaş-vətənpərvərlik hərəkatının yürüşü olmalı idi. Ölkədə iyunun 1-dək uzadılmış sərt karantin rejimi nəzərə alınaraq, kütləvi tədbirlər keçirmək qadağan olunub.

Bununla bağlı Memorial önündə məhdud sayda insan toplaşıb. Bütün gün ərzində Bakıda və bölgələrdə bütün memorial məzarlıqlara güllər qoyulur.

10

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

399
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

399

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0