Qələbənin yaşı yoxdur

35
(Yenilənib 19:59 01.05.2021)
Yakutiyada 97 yaşlı veteran dama üzrə idman ustalığına namizəd olub.Daha ətraflı videomuzda izləyə bilərsiniz

Müharibə veteran Naum Slepsov indiyə kimi yüzlərlə qələbə əldə edib, bununla belə, onun həyatında yaşanan ən böyük zəfər Böyük Vətən müharibəsində qazanılan qələbədir. Pensiyaçı-veteranın şahmatçı kimi 80 ildən artıq təcrübəsi var. Ancaq o, hələ də usanmadan yeni zirvələri fəth etməyə can atır: ötən ilin dekabrında idman ustalığına nazmizəd adını qazanıb.

Veteranın sözlərinə görə, şahmat oynamağı hələ Yakutskdakı dogma Çerkex kənd məktəbinin birinci sinfində oxuduğu vaxt fizika müəllimindən öyrənib. Ancaq heç 20 yaşı tamam olmamış orduya çağırılıb və Hailar qala-şəhərinə göndərilib.

"1945-ci ildə orduya çağırıldım və beş il sovet ordusunun sıralarında xidmət etdim. 1945-ci ildə yaponlara qarşı müharibədə iştirak etməli oldum. 152-ci alayın 94-cü diviziyasının tərkibində Hailar şəhərinə hücumda iştirak etdim", – deyə Slepsov xatırlayır.

O, müharibə illərində əsirləri müşayiət etdiyini və bir neçə dəfə Yaponiyanın hücumlarına qarşı mübarizə apardığını, bunun üçün daha sonra "Mükəmməl pulemyotçu" nişanı ilə təltif olunduğunu da yaxşı xatırlayır.

Slepsov hərbi xidmətdən yalnız 5 il sonra, 1950-ci ildə qayıda bilir. Elə həmin vaxt təhsilini davam etdirmək qərarına gəlir və Çurapçin pedaqoji peşə məktəbini bitirərək rus dili və ədəbiyyatı müəllimi diplomunu alır. Bununla belə, dəqiq elmlərə marağı üstün gəlir və məktəbdə riyaziyyatdan dərs deməyə başlayır, eyni zamanda, şahmat dərnəyi qurur.

 

35

Bir zamanlar Avropada delikates hesab edilən qulançar

11
(Yenilənib 17:08 07.05.2021)
Qazax rayon sakini Allahverdi Musayev hər il yaz aylarında mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır - daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Qazax rayon sakini Allahverdi Musayev müsahibəsində bildirib ki, mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır. Bu bitkini  toplamaq çətin olsa da, Allahverdi səbir və həvəslə qulançarları yığıb çöl şəraitində bişirməyə üstünlük verir.

Orta əsrlərdə qulançar çox faydalı olması və çətin tapılması səbəbindən Avropada delikates hesab edilib və “Kral yeməyi” adlandırılıb.

 

11

Gülüş, komediya, zarafat dedikdə Arif Quliyev ilk ağla gələn insanlardan idi - VİDEO

24
Onu hər zaman gülüşü ilə xatırlayacağıq. Arif Quliyevin Sputnik Azərbaycan-ın studiyasında qonaq olduğu günü xatırladığımız kimi...

Gülüş, komediya, zarafat dedikdə Arif Quliyev ilk ağla gələn insanlardan idi.

Sputnik Azərbaycan xəbər verir ki, hər kəsi güldürməyi bacaran Arif Quliyev bu gecə bütün sevənlərini məyus etdi. Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin doxsan faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

Məlumat üçün bildirək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. Xalq artisti bir çox teatr tamaşaları ilə yanaşı, "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar ilə tamaşaçıların rəğbətini qazanıb. O bundan başqa, "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi", "Axırıncı dayanacaq" kimi bədii filmlərdəki obrazları ilə yaddaşlara həkk olunub.

Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.

24
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1540
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1540