Naxçıvanski adına Hərbi Liseydə şəhid zabitin xatirəsi anılıb - VİDEO

13
(Yenilənib 12:38 29.04.2021)
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin zabit, kursant və müəllim heyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Anım mərasimində uzun müddət C.Naxçıvanski adına hərbi liseydə xidmət etmiş şəhid polkovnik-leytenant Q.Baxşəliyev haqqında xatirələrdən, onun Vətənə, millətə, dövlətə sadiq olmasından söz açılıb. Şəhid zabitimizin həyatının müxtəlif illərini əhatə edən foto sərgi tədbir iştirakçılarına nümayiş etdirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.

13

Kəndini tərk etməyən azərbaycanlı rəssam - Onun əsərləri dünya miqyasında tanınır

15
(Yenilənib 10:55 18.05.2021)
Qazaxda yaşayan peşəkar rəssam kənddə fəaliyyət göstərsə də özünün qeyri-adi tabloları ilə diqqət çəkir. Daha ətraflı Sputnik Azərbaycan-nın videosunda.

Qazaxda yaşayan peşəkar rəssam kənddə fəaliyyət göstərsə də özünün qeyri-adi tabloları ilə diqqət çəkir. Nəcməddin Hüseynov əsərlərini boyalarla yanaşı, şam tüstüsü ilə də ərsəyə gətirir.
Pandemiya dövründə rəssam yaşadığı Çaylı kəndində yaradıcılığını davam etdirib. Hətta o, oğlunun vasitəsilə iştirak etdiyi onlayn beynəlxaq müsabiqədə qalib gələrək qızıl medal qazanıb.

13 nominasiya üzrə keçirilən beynəlxalq müsabiqədə rəssamın birinci yerə layiq görüldüyü haqda diplom və medal onun yaşadığı ünvana göndərilib.

15

PUA-lar kəşfiyyat üçün havaya qalxdı - Hərbi təlimlərdən möhtəşəm görüntülər

28
(Yenilənib 10:18 18.05.2021)
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

https://www.youtube.com/watch?v=zWgZKZbL_04

28

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

34
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

34