Məscidin Bərpası - Əliyev Qarabağda

31
(Yenilənib 14:48 27.04.2021)
Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş iki bölgəsini ziyarət ediblər. Səfərin təfərrüatlarını videomuzdan izləyin.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Cəbrayıl və Zəngilan rayonlarına aprelin 26-da etdikləri səfərlə bağlı videogörüntülər paylaşıb.

O, həmçinin yazıb:

"Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".

 

31

Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi

8
Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü günü icitimaiyyət nümayəndələri Bakıda Qardaşlıq məzarı memorialının önünə toplaşıblar. Həlak olanların xatirəsinin necə yad olunması bizim videomuzda.

Hərbi orkestr Azərbaycan himnini ifa edərək paytaxtın Nərimanov rayonunda Qardaşlıq məzarı önündə bayram tədbirini açıb. MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və veteranlar Memorial önünə gül dəstələri qoyublar.

Moskvada Qələbə Günü: parad və xatirələrə köçmüş yerlərdən video >>

Koronavirus Qələbə Gününü qeyd etmə proqramına dəyişikliklər edib. Belə ki, Bakıda yenə də “Ölməz alay” vətəndaş-vətənpərvərlik hərəkatının yürüşü olmalı idi. Ölkədə iyunun 1-dək uzadılmış sərt karantin rejimi nəzərə alınaraq, kütləvi tədbirlər keçirmək qadağan olunub.

Bununla bağlı Memorial önündə məhdud sayda insan toplaşıb. Bütün gün ərzində Bakıda və bölgələrdə bütün memorial məzarlıqlara güllər qoyulur.

8

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

398
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

398

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0