Zəngilan rayonunun Yusiflər kəndindən ən son videogörüntülər

19
2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində Yusiflər Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən tapdağından azad edilib. 

Azərbaycanın Müdafiə Nazirliyi Zəngilan rayonunun Yusiflər kəndindən çəkilmiş ən son görüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Yusiflər Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində yerləşir. Bu kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində Yusiflər Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən tapdağından azad edilib. 

Həmin kənddən çəkilmiş ən son görüntülərə Sputnik Azərbaycan-ın videosunda baxın. 

 

19

Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi

15
Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü günü icitimaiyyət nümayəndələri Bakıda Qardaşlıq məzarı memorialının önünə toplaşıblar. Həlak olanların xatirəsinin necə yad olunması bizim videomuzda.

Hərbi orkestr Azərbaycan himnini ifa edərək paytaxtın Nərimanov rayonunda Qardaşlıq məzarı önündə bayram tədbirini açıb. MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və veteranlar Memorial önünə gül dəstələri qoyublar.

Moskvada Qələbə Günü: parad və xatirələrə köçmüş yerlərdən video >>

Koronavirus Qələbə Gününü qeyd etmə proqramına dəyişikliklər edib. Belə ki, Bakıda yenə də “Ölməz alay” vətəndaş-vətənpərvərlik hərəkatının yürüşü olmalı idi. Ölkədə iyunun 1-dək uzadılmış sərt karantin rejimi nəzərə alınaraq, kütləvi tədbirlər keçirmək qadağan olunub.

Bununla bağlı Memorial önündə məhdud sayda insan toplaşıb. Bütün gün ərzində Bakıda və bölgələrdə bütün memorial məzarlıqlara güllər qoyulur.

15

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

405
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

405
Fillər, arxiv şəkli

Nyu-York məhkəməsi filin müraciətinə baxacaq

0
Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.

Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.

Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.

"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.

0