Azad olunan ərazilərdə Mühəndis Qoşunlarının fəaliyyəti davam edir - VİDEO

18
(Yenilənib 15:01 24.04.2021)
Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Mühəndis Qoşunlarının fəaliyyətinin davam etdirildiyini bildirib.

Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdə Mühəndis Qoşunlarının fəaliyyəti davam edir.  Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sputnik Azərbaycan Nazirliyin yaydığı həmin görüntüləri təqdim edir.

18

İordaniyalı tələbə Dağıstandakı kanyonu tədqiq edir

7
(Yenilənib 15:10 16.05.2021)
İordaniyalı tələbə-stomatoloq Abdulla Xuajev özü üçün Dağıstanı kəşf edib. O, dağlara olan marağı barədə verdiyi müsahibəsində danışıb. Ətraflı - videomuzda.

Kadrlarda Xuajevin dostu Yazan Tahaqzitlə birlikdə Çalda kəndi yaxınlığında uzunluğu 10 km, dərinliyi 50 m olan kanyonu necə tədqiq etdiyi görünür.

Onun sözlərinə görə, alpinist olaraq kanyonların tədqiqi ilə çoxdan, hələ İordaniyada olarkən məşğul olmağa başlayıb və orada olan 135 kanyondan bəzilərini kəşf edib.

Təhsil almaq üçün Pyatiqorsk şəhərinə köçəndən sonra sevimli idman növünü atmayıb və artıq Dağıstanda dağları tədqiq etməyə başlayıb.

“Mən Dağıstanı ona görə seçdim ki, buranın təbiəti müxtəlifdir. Məsələn, əgər mən səhralıqda dolaşmaq istəsəm, barxanlara üz tutaram. Yox əgər könlümə su hövzəsi düşsə, o zaman kanyonlara gedə bilərəm. Dağıstan çox gözəldir: burada hər şey var – dağlar, qar, çaylar. Ona görə də mən bu gözəl yeri seçdim”, - deyə idmançı bildirib.

Bundan əlavə, Xuajev qeyd edib ki, kanyonların tədqiqində və öyrənilməsində yerli sakinlər də ona çox kömək edirlər.

“Dağıstanlıların mənə çox köməyi oldu: həm mənəvi, həm də fiziki. Yeməklə də kömək edirlər – bizə hər şey verirlər. Çox qonaqpərvər xalqdır. Onlar bizim üçün burada sponsor kimidirlər”, - deyə Xuajev qeyd edib.

 

7

Azərbaycan Ordusunun bölmələri planlaşdırılan əraziləri tutur - VİDEO

34
(Yenilənib 12:21 17.05.2021)
Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

34
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

0
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

 

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

0
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq