Hollandiyada milyonlarla gül çiçək açıb: Avropanın bahar bağı - VİDEO

16
(Yenilənib 13:27 24.04.2021)
Avropanın bağçası sayılan Keukenhof parkında milyonlarla gül çiçək açıb. Daha ətraflı videomuzda izləyə bilərsiniz.

Bu görüntülər çiçəklərin kilometrlerlə uzandığı Lissedə çəkilib. Nəhəng tarlaların rəngli bir dənizə çevrildiyi yeri ziyarət etmək üçün ən yaxşı vaxt aprelin ortalarından mayın əvvəlinə qədərdir.

Qeyd edək ki, keçən il Keukenhof COVID-19 pandemiyası səbəbindən ziyarətçilər üçün bağlanmışdı.

16

Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi

10
Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü günü icitimaiyyət nümayəndələri Bakıda Qardaşlıq məzarı memorialının önünə toplaşıblar. Həlak olanların xatirəsinin necə yad olunması bizim videomuzda.

Hərbi orkestr Azərbaycan himnini ifa edərək paytaxtın Nərimanov rayonunda Qardaşlıq məzarı önündə bayram tədbirini açıb. MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və veteranlar Memorial önünə gül dəstələri qoyublar.

Moskvada Qələbə Günü: parad və xatirələrə köçmüş yerlərdən video >>

Koronavirus Qələbə Gününü qeyd etmə proqramına dəyişikliklər edib. Belə ki, Bakıda yenə də “Ölməz alay” vətəndaş-vətənpərvərlik hərəkatının yürüşü olmalı idi. Ölkədə iyunun 1-dək uzadılmış sərt karantin rejimi nəzərə alınaraq, kütləvi tədbirlər keçirmək qadağan olunub.

Bununla bağlı Memorial önündə məhdud sayda insan toplaşıb. Bütün gün ərzində Bakıda və bölgələrdə bütün memorial məzarlıqlara güllər qoyulur.

10

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

402
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

402
Cilberto Malvestuto, arxiv şəkli

İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

0
(Yenilənib 18:22 09.05.2021)
Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

BAKI, 9 may — Sputnik. İtaliya Müqavimət hərəkatının iştirakçısı Cilberto Malvestuto İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, veteranın yaddaşına möhkəm həkk olmuş epizodlardan biri alman əsgərlərinin yalançı dəfn mərasimi ilə bağlıdır.

Həmin vaxt alman hərbçiləri müəyyən vaxt ərzində əllərində xaç tutaraq guya döyüş yoldaşlarının dəfni səhnəsini oynayıblar.

"Səhəri gün isə həmin ərazidən bizə artilleriyadan atəş açıldı. Biz başa düşdük ki. Bunların hamısı aldadıcı oyun imiş. Almanlar həmin fəndi bir daha işlətmək istədikdə mən atəş açmaq əmrini verdim, onlar hərəsi bir tərəfə qaçdı. Onların atıb qaçdığı arabada mərmilər var idi. Ölənlər oldu, mən müharibənin nə olduğunu elə həmin vaxt başa düşdüm", — deyə Malvestuto bildirib.

Bundan əlavə, italiyalı veteran özünü vətəni qarşısında borcunu yerinə yetirmiş hesab etdiyini və gənclərin "bir-birinə qardaş kimi münasibət bəsləməsini" istədiyini deyib.

Qeyd edək ki, aprel ayında Malvestutonun 100 yaşı tamam olub. Veteran doğulduğu Sulmona şəhərindəki ahıl insanlara qulluq müəssisəsində yaşayır. Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

0