Qubadlının dilbər guşəsindən ən son görüntülər - VİDEO

24
(Yenilənib 10:40 18.04.2021)
Müdafiə Nazirliyi işğaldan azad edilən Qubadlı rayonunun Tarovlu kəndindən yeni videogörüntüləri ictimaiyyətə təqdim edib.

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndindən yeni videogörüntülər yayıb. 

Bu kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin sonlarında Azərbaycan ordusunun əks-hücumu nəticəsində işğaldan azad edilib.  

 

24

Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi

15
Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü günü icitimaiyyət nümayəndələri Bakıda Qardaşlıq məzarı memorialının önünə toplaşıblar. Həlak olanların xatirəsinin necə yad olunması bizim videomuzda.

Hərbi orkestr Azərbaycan himnini ifa edərək paytaxtın Nərimanov rayonunda Qardaşlıq məzarı önündə bayram tədbirini açıb. MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və veteranlar Memorial önünə gül dəstələri qoyublar.

Moskvada Qələbə Günü: parad və xatirələrə köçmüş yerlərdən video >>

Koronavirus Qələbə Gününü qeyd etmə proqramına dəyişikliklər edib. Belə ki, Bakıda yenə də “Ölməz alay” vətəndaş-vətənpərvərlik hərəkatının yürüşü olmalı idi. Ölkədə iyunun 1-dək uzadılmış sərt karantin rejimi nəzərə alınaraq, kütləvi tədbirlər keçirmək qadağan olunub.

Bununla bağlı Memorial önündə məhdud sayda insan toplaşıb. Bütün gün ərzində Bakıda və bölgələrdə bütün memorial məzarlıqlara güllər qoyulur.

15

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

405
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

405
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

0
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

0