Rusiya istehkamçıları Qarabağda bir sutkada 12 ha ərazini minalardan təmizləyib VİDEO

20
(Yenilənib 14:43 08.04.2021)
Rusiya sülhməramlıları Qarabağ ərazisində təhlükəli partlayıcı vasitələrin zərərsizləşdirilməsi işini davam etdirirlər. Bu prosesin necə baş verdiyini videomuzdan izləyin.

Rusiya könüllüləri Azərbaycanın Qarabağ regionunda bir sutkada 12 hektar ərazini minalardan təmizləyib. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yayılan videogörüntülərdə sülhməramlılar əkin sahələrini minalardan, partlayıcı maddələrdən və partlamamış hərbi sursatlardan təmizləyirlər.

Rusiya sülhməramlı kontingentinin bölgədə monitorinqi və atəşkəsə riayət olunmasına nəzarəti gecə-gündüz davam etdirdiyi də bildirilir.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 23 noyabr 2020-ci il tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələrinin uzunmüddətli işğalından azad edilmiş Azərbaycan bölgələrindəki 1912 hektar ərazi və 587 kilometr uzunluğunda yollar partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə mütəxəssislər 25,4 min partlayıcı obyekt aşkar edərək zərərsizləşdiriblər.

20

Ordumuzun raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb

14
(Yenilənib 17:41 12.04.2021)
Təlimlərdə əsas səylər gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

14

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

1017
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

1017

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

0
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

0
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar