Həyat davam edir: qazilərimiz yenidən ayağa qalxır

36
(Yenilənib 17:01 06.04.2021)
İkinci Qarabağ müharibəsində yaralanmış qazilərimizi ayağa qaldırmaq üçün görülən işlər davam edir. Bu video-materialda qəhrəmanlarımızdan birinin yenidən ayağa durub yeridiyi anı lentə almışıq. Qazimiz bu zaman keçirdiyi hissləri də bizimlə bölüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi veteranlarının yüksək texnologiyalı protezlərlə təmin olunması istiqamətində görülən işləri davam etdirir. Belə qazilərdən biri də döyüşlərdə göstərdiyi şücaətinə görə "Cəsur Döyüşçü" medalına layiq görülmüş qəhrəman Abdulla Abdullayevdir.

Qazimiz Ağdamda ermənilərin minaatandan açdıqları atəş nəticəsində hər iki ayağını itirib. Könüllü olaraq cəbhəyə yollanan Abdulla oktyabrın 5-də yaralanandan sonra hərbi hospitala göndərilib. Abdullayev noyabrın 24-dən etibarən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin Protez-Ortopedik Bərpa Mərkəzindədir. Onun ilkin müayinəsi də burada keçirilib və qurumun mütəxəssisləri yenidən qazımızı ayağa qaldırıblar.

Burada Müharibə veteranları üçün üçüncü və dördüncü nəsil yüksək texnologiyalar əsasında hazırlanmış bionik protezlər istehsal olunur. 2020-ci ilin dekabr ayından bəri 15 nəfər qazimiz belə protezlərlə təmin edilib.

Mərkəzdə, həmçinin sosial və psixoloji reabilitasiya aparılır, effektiv fizioterapiya metodları ilə müalicəvi məşqlər həyata keçirilir, elektron texnologiyalarından geniş istifadə olunur. Və ən əsası, burada xəstələrə xüsusi diqqət və qayğı ilə yanaşırlar.

36

Bütün kəndi doyurar: Adamdan da hündür samovar düzəltdilər - VİDEO

23
(Yenilənib 18:25 20.04.2021)
İsmayıllının Lahıc qəsəbəsində misgərlərin hazırladıqları samovarın hündürlüyü hər kəsi təəccübləndirib. Bu barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

Qədim misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların qəsəbəsində fəaliyyət göstərən adlı-sanlı ustalardan biri də Kəbləmi Əliyevdir.

Xüsusi zövqlə qədim sənətin sirlərini öyrənərək, misdən hazırladığı saysız-hesabsız əl işləri ilə hər kəsin diqqətini çəkən usta digər misgərlərlə birgə nəhəng samovar hazırlayıb ki, bu, Lahıc misgərlik sənəti tarixində bir ilk hesab edilir.

23
Teqlər:
video, mis, samovar, Lahıc
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

105
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

105
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu