Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Səhər saatlarında əsən güclü külək ciddi fəsadlar törədib

Abunə olmaq
Xaçmazda külək çoxmərtəbəli evlərin damını uçurub, ağaclar kökündən aşaraq ətrafa ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Azərbaycanın şimal bölgəsində gecə saatlarında başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib. Xaçmaz İH başçısının müavini, rayon FHN-nin sədri Bəxtiyar Osmanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, güclü külək rayon mərkəzində, N.Nərimanov-70 ünvanındakı çoxmənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub. Rayonun Ə.Hacıyev və Ü.Hacıbəyov küçələrində də iki evin damını külək aparıb.

Küləkli hava nə qədər davam edəcək? >>

Şəhərin N.Nərimanov, Z.Tağıyev küçələrində bir neçə ağac kökündən aşıb. Rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. "Azərişıq"ASC--nin qəza briqadaları qırılmış elektrik xətlərində bərpa işlərilə məşğuldur. Rayona dəyən ziyanın həcmi araşdırılır.Rayonun Qımılqışlaq kəndində isə güclü külək nəticəsində aşan ağac evin damını yararsız hala salıb.

Onu da qeyd edək ki, hal-hazırda da güclü külək əsməyə davam edir.

Xəbər lenti
0