Qarabağın möcüzəvi simvolu Bakıda gül açıb VİDEO

67
Hər bir azərbaycanlı möcüzəvi xarı-bülbül gülünü onun Vətənində - işğaldan azad olunmuş Şuşada görməyi arzu edir. Lakin indi adı çəkilən gülü Bakıda da görmək mümkündür.

Zirə qəsəbəsindəki 120 saylı məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. Belə siniflərdən birində gələcək aqronomlar əsrarəngiz xarı-bülbül gülünü yetişdiriblər. Məktəblilər, çətinliklə də olsa, ənənəvi olaraq Qarabağ bölgəsində yayılan bu bitkini Abşeronun quru iqliminə uyğunlaşdırmağa müvəffəq olublar.

"Xarı bülbül" mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi elan olunub >>

İki ay ərzində məktəblilər kənd təsərrüfatı üzrə mütəxəssis, peşə təmayüllü sinif müəllimi Hicran Kərimovanın rəhbərliyi altında gülü yetişdirməyə başlayıblar və yanvarın 20-də xarı-bülbül gül açıb.

Məktəblilərin – gələcək aqronomların buna necə nail olduqları barədə söylədiklərini videomuzda izləyin.

 

67
Teqlər:
Qarabağ, Şuşa, Bakı, məktəbli, gül, xarı-bülbül

Lənkəranlı bərbər müştərilərinin başında portret yaradır - VİDEO

113
(Yenilənib 16:06 19.04.2021)
Müştərilərinin başında portret yaradan bərbər bunu kimsədən öyrənmədiyini deyir. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Lənkəranlı bərbər Ruslan Ağazadə xarüqələr yaradır desək, yanılmarıq. Belə ki, o, saçı qırxmaqla insan şəklini çəkir.

Maraqlısı da budur ki, Ruslan sırf bu işi heç kəsdən öyrənməyib. Ancaq o, Sputnik Azərbaycan-a rəssamlıq kursuna getdiyini etiraf edir.

Onun əl işləri daha çox azyaşlıların diqqətini cəlb edib. Dediyinə görə, uşaqlar ondan başlarında ulduz, hörümçək, yaxud da hansısa heyvanın şəklini çəkməyini istəyirlər.

113
Teqlər:
video, Lənkəran, portret, bərbər

Füzuli rayonunun Sərdarlı kəndi - VİDEO

15
(Yenilənib 10:27 19.04.2021)
Azərbaycan Silahlı Qüvvələri Sərdarlı kəndini 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında azad edib.

BAKI, 19 aprel — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun Sərdarlı kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Araz çayının sol sahilində, Mil düzündə yerləşən kənd 1993-cü ilin yayında Ermənistan ordusu tərəfindən i.ğal olunub. Azərbaycan Silahlı Qüvvələri Sərdarlı kəndini 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında azad edib.

15
Xadimə hoteldə hamam otağını təmizləyir, arxiv şəkli

Azərbaycanda pandemiya ocaqları: Birgünlük kirayə evlərdə vəziyyət necədir

10
(Yenilənib 23:22 19.04.2021)
"Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur" - Ədalət Rüstəm.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu günlərdə Türkiyədə birgünlük kirayə verilən evlərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reyd keçirilib. Səbəb pandemiyanın geniş yayıldığı şəraitdə belə evlərdə sanitar-gigiyenik tələblərə əməl edilməməsidir. 

Azərbaycanda da birgünlük kirayə evlər var. Bu evlərin qiyməti 3 manatdan başlayır. 3, 10, 15-35 manat arasında da birgünlük kirayə evlər tapmaq mümkündür.

Bəs, görəsən bu evlərdə sanitar-gigiyenik tələblər gözlənilirmi?

Sputnik Azərbaycan belə evlərin sahibləri və maklerlərlə əlaqə saxlayıb. Onlar bu evlərin vaxtaşırı dezinfeksiya edildiyini iddia ediblər. Lakin məsələnin gerçəkdə necə olduğunu heç kəs bilmir. 

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyədə baş verən bu hadisə çox maraqlı təcrübədir və Azərbaycan üçün də aktualdır. Deputataın fikrincə, bu istiqamətdə böyük təbliğat işi aparılmalıdır. Çünki belə vəziyyətdə evini kirayəyə verən sahiblərin də yoluxma təhlükəsi var. 

"Daxili İşlər Nazirliyinə belə yerlərə vaxtaşırı reyd keçirmə icazəsi verilməlidir. DİN və vergi orqanları ilə birgə reydlər keçirilə bilər", - deyə o, əlavə edib.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə əməkdaşımıza birgünlük evlərin təhlükəsindən danışarkən deyib: ""Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur. Təsəvvür edin, biri 3-5 gün fəhlə işləyib o evi tərk edəndən sonra bir başqa fəhlə həmin evdə kirayədə qalır. COVID-19-dan öncə də belə evlər var idi. Bu evlər infeksiya mənbəyidir və orada yoluxma ehtimalı yüksəkdir. Polis tərəfindən əməliyyat keçirilərək cəzalandırma tədbirlərinin görülməsi normal haldır".

Əli Rüstəmin sözlərinə gröə, Nəsimi bazarı, Biləcəri tərəfdə də belə evlər var: "Bir həyətdə 30 ailə yaşayır. Təbii ki, bu evlər, ərazilər infeksiya mənbəyidir. Virusun yayılmasında belə evlərin də rolu var".

Azərbaycanın hüquq-mühafizə orqanları isə hələlik belə müvəqqəti yaşayış yerlərində reyd keçirmək barədə fikirləşmirlər. "Bu barədə yuxarıdan hər hansı əmr və ya təlimat gəlməyib. Gəlsə, təbii ki, reyd keçiriləcək və sanitar-gigiyenik qaydaları pozanlar cəzalandırılacaq", - deyə paytaxt polisindən bildiriblər. 

10