Novruzdan sonra ilk Soxulcan Ayı Tehranı işıqlandırdı - VİDEO

60
İranda yaz gecə-gündüz bərabərliyindən sonrakı ilk bədirlənmiş Ay Soxulcan Ayı adlanır. Həmin Ayın Tehranı necə nura qərq etdiyini videoda izləyin.

Yaz gecə-gündüz bərabərliyindən sonra ilk bədirlənmiş Ay İranda Soxulcan Ayı adlanır.

Qədim inanclara görə, baharın istisindən oyanmış torpaqdan soxulcanlar çıxmağa başlayırlar. Bu isə bahar fəslinin artıq taxtına oturmasından xəbər verir.

60

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

4
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

4

Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən görüntülər - VİDEO

4
(Yenilənib 14:32 17.04.2021)
Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin görüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

1993-cü ildə işğal olunmuş Daş Veysəlli kəndi 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.

4