Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edilib - VİDEO

24
(Yenilənib 13:34 27.03.2021)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq yaradılıb.

Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.

Tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.

Sonda Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.

24

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

5
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

5

Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən görüntülər - VİDEO

4
(Yenilənib 14:32 17.04.2021)
Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin görüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

1993-cü ildə işğal olunmuş Daş Veysəlli kəndi 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.

4
 Bıçaq əlində kişi, arxiv şəkil

Yasamalda qadına bıçaqla zor tətbiq edərək əmlakını ələ keçirən şəxs tutulub

0
Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

BAKI, 17 aprel - Sputnik. Aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, naməlum şəxs Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq edib. Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyyəsinə bir neçə zərbə vurub, bıçaqla qol nahiyyəsinə xəsarət yetirib və pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

0