“Vogue”- nun səhifələrində yeni fotomodel 83 yaşlı təqaüdçü qadın

13
(Yenilənib 18:30 25.03.2021)
Rusiyanın Çelyabinsk vilayətində yaşayan 83 yaşlı təqaüdçü qadının fotoşəkili məhşur “Vogue” jurnalında dərc olunub. Bu ürəkaçan hadisənin hekayəsi videoda.

Çelyabinskdə yaşayan 83 yaşlı qadının fotoşəkili 8 mart bayramı ərəfəsində ailəvi fotosessiya keçirilərkən fotoqrafın diqqətini cəlb edib.

Yaşlı qadının kövrəldiyini görən fotoqraf onun şəklini ayrıca məhşur jurnalın redaksiyasına təklif edib və bu, redaktorlar tərəfindən qəbul olunub. 

İndi isə təqaüdçü xanımın şəkili dünyaca məhşur jurnalın səhifələrinin birində öz yerini tutub.

 

13

Rusiya sülhməramlıları Qarabağda necə xidmət aparırlar video

34
(Yenilənib 12:49 11.04.2021)
Rusiya sülhməramlıları Qarabağda necə xidmət aparırlar videomuzda baxa bilersiz. Atəşkəs rejiminə bütün təmas xətti boyunca riayət olunur.

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəs rejiminə riayət olunması, sülhməramlıların xidmət apardığı ərazi boyunca avtomobil nəqliyyatının hərəkəti, ərzaq və digər müxtəlif məhsulların daşınması zamanı təhlükəsizliyin təmin olunması üzrə tapşırıqları yerinə yetirməyə davam edirlər.

Atəşkəs rejiminə bütün təmas xətti boyunca riayət olunur.

34

İşğaldan 27 il sonra bu kənd necə görünür - VİDEO

356
(Yenilənib 10:54 11.04.2021)
Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Rəfədinli kəndindən videogörüntüləri ictimaiyyətə təqdim edib.

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Rəfədinli kəndindən videogörüntülər hazırlayıb.

Bu kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Aşağı Rəfədinli kəndi düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə keçmiş Rəfədinli kəndindən çıxmış ailələr salıblar. 

Bu kənddən yeni çəkilmiş görüntüləri təqdim edirik.

356
DİN əməkdaşı, arxiv şəkli

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

0
(Yenilənib 10:23 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

0