Müdafiə Nazirliyi Yuxarı Mollu kəndinin ən son görüntülərini yaydı

166
(Yenilənib 12:08 24.03.2021)
Müdafiə Nazirliyi Qubadlı rayonunun Yuxarı Mollu kəndindən çəkilmiş ən son görüntüləri təqdim edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonunun Yuxarı Mollu kəndindən videogörüntülər yayıb.

Yuxarı Mollu kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Sputnik Azərbaycan həmin kənddən çəkilmiş ən son görüntüləri təqdim edir. 

166

qədər şikayət etsək də, heç bir mənası yoxdur - Avtobusdan sorğu

16
(Yenilənib 13:53 15.04.2021)
Paytaxt sakinləri “Baku Bus”dan narazı olduqlarını dilə gətiriblər. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Paytaxt sakinləri Sputnik Azərbaycan-a verdikləri açıqlamalarında bildiriblər ki, pandemiya dövründə avtobuslarda sıxlıq müşahidə olunur.

İnsanların saatlarla avtobus gözləməsi, getdikləri məkana gecikmələrinə səbəb olur. Sakinlər bildiriblər ki, avtobuslar normal sürətlə gedə biləcəkləri yolu iki və üç saata qət edirlər. Dəfələlə ictimai nəqliyyatlardan aidiyyatı qurumlara şikayət olunsa da, şikayətə baxan olmayıb.

Sakinlər avtobuslar arasında intervalların qısa olmasını tələb edirlər

16

Daş heykəllər muzeyi ilə məşhur olan oyuq qəsəbəsindən ən son görüntülər

8
(Yenilənib 11:01 15.04.2021)
Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən yeni videogörüntülər paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Ağ oyuq qəsəbəsi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrında isə əks-hücum nəticəsində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.

Ağ oyuq qəsəbəsi işğaldan qabaq daş heykəllər muzeyi ilə məşhur olub. Burada müxtəlif dövrlərə aid daş abidələri mövcud idi.

Qəsəbədən çəkilmiş ən son görüntüləri təqdim edirik. 

8
Elmin Guliyev, arxiv şəkli

Azərbaycanlı reperi hansı cəza gözləyir?

0
(Yenilənib 18:49 15.04.2021)
Qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib

BAKI, 15 aprel — Sputnik. Rusiyada üç nəfərin xəsarət aldığı qəzaya görə azərbaycanlı reper Elmin Quliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvanın Xamovniçeski Məhkəməsinin mətbuat xidmətindən bildiriblər. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da qismən təmin edib.

Xatırladaq ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Quliyev qəzada günahını boynuna alsa da, ayıq olduğunu israr edib.

0