Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qubadlı rayonunun Çardaqlı kəndindən videogörüntülər

Abunə olmaq
1993-cü ildə Ermənistan ordusunun zəbt etdiyi kəndi Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində işğalçılardan təmizləyib.

BAKI, 22 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Çardaqlı kəndindən videogörüntülər yayıb. Sputnik Azərbaycan kadrları təqdim edir.

Çardaqlı kəndi dağətəyi ərazidə, rayon mərkəzindən 10 km aralıda yerləşir. Yaşayış məntəqəsi həmin Qubadlı ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır.

Xəbər lenti
0