Ölkədə lokdaun elan olunmamışdan bir neçə gün əvvəl italiyalılar “azadlığın” son günlərini həyatdan həzz alaraq keçirtdilər.
Sərt lokdaun gözləyən italiyalılar küçələrə çıxaraq tələsmədən gəzir və kafe, restoranlarda yeyib-içirlər.
Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndindən yeni videogörüntülər yayıb.
Bu kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin sonlarında Azərbaycan ordusunun əks-hücumu nəticəsində işğaldan azad edilib.
Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.
Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.
BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.
Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.