BAKI, 21 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Ağtəpə kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Ağtəpə Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidliyinə aiddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınıb. Adını ərazidəki eyniadlı dağdan alıb.
1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal olunan Ağtəpəni Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 20-də işğalçılardan təmizləyib.
Ramazan ayında oruc tutmaq insanın nəfsinə hakim olması və mənəvi cəhətdən təmizlənməsi üçün vacibdir. İlin bu ayında dindarlar sübh tezdən gün batana kimi yemək, su və başqa içkilər qəbul etməkdən, tütün məhsullarından istifadədən imtina edirlər.
Ümumiyyətlə, bu bir ay ərzində onların qidalanma forması kəskin şəkildə dəyişir. Düzgün qidalanmamaq isə sağlamlıqla bağlı bir sıra problemlərə yol aça bilər. Ramazanda sübh namazından əvvəl, yəni imsaqda bədənin günün birinci yarısında səmərəli fəaliyyəti üçün lazımi enerjini almasına imkan verən qidalar qəbul edilməlidir. Odur ki, qida rasionuna süd və süd məhsulları, meyvə-tərəvəz, taxıl əsaslı məhsullar daxil etmək vacibdir. Bundan başqa, mütəxəssislər imsaqda yumurta yeməyi və mütləq 3-4 stəkan su içməyi də məsləhət görürlər.
Ramazan ayında düzgün və balanslı qidalanma önəmlidir >>
Bəs imsaqda həm yüngül və faydalı yeməklər yeyib, həm də bütün gün tox qalmaq üçün nə etmək lazımdır? Bu sualın cavabını Sputnik Azərbaycan-a kulinar, Milli Kulinariya Assosiasiyasının üzvü Ziya Şahbazov əyani şəkildə nümayiş etdirib.
BAKI, 14 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.