Səməni – Novruzun ayrılmaz hissəsi, həyat, sağlamlıq, bolluq rəmzidir. Belə hesab olunur ki, səmənini bazardan almaqdansa, evdə cücərtmək daha yaxşıdır ki, ruzi-bərəkət bol olsun.
Novruz ənənələrimiz yaşamaqdadır. Gənclər torpaq çərşənbəsini necə qeyd edirlər? - VİDEO >>
Ənənəvi olaraq, səməni buğdadan hazırlanır, ancaq biz bu il eksperiment aparıb mərciməkdən səməni cücərtmək qərarına gəldik və bu prosesi izlədik. Nəticədə mərcimək dənələrindən qeyri-adi, sıx səməni əldə etdik.
Mərcimək səmənisini cücərtmək çətin deyil. Bu işin öhdəsindən necə gəldiyimizi videodan izləyə bilərsiniz.
ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.
Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.
Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəs rejiminə riayət olunması, sülhməramlıların xidmət apardığı ərazi boyunca avtomobil nəqliyyatının hərəkəti, ərzaq və digər müxtəlif məhsulların daşınması zamanı təhlükəsizliyin təmin olunması üzrə tapşırıqları yerinə yetirməyə davam edirlər.
Atəşkəs rejiminə bütün təmas xətti boyunca riayət olunur.
BAKI, 12 aprel — Sputnik. Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Twitter" hesabında yazıb.
"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.